Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
Bakı, 19 iyun, AZƏRTAC
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları bu gün Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.
AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət yığma üçüncü turun oyunlarını Şimali Makedoniyanın Strumitsa şəhərində keçirəcək. Komandanın bu mərhələdə ilk matçı İsrailə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Kişilərdən ibarət milli isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda mübarizə aparacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda yığma ilk olaraq Macarıstanla üz-üzə gələcək. Qarşılaşma 18:00-da başlayacaq.
İki turdan sonra qadın milli 2 qələbə ilə 6 xal toplayıb. Kişilərdən ibarət yığmanın isə qələbəsi və xalı yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]