Əcnəbi qonaqlara Bayraq Günü hədiyyəsi
Bakı, 9 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Heydər Əliyev adına Beynəlxalq Hava limanında ölkəmizdə səfərdə olmuş və gedən xarici vətəndaşlara bayraq materiallarından hazırlanmış suvenirlərin (köynək, papaq, maqnit, qələm) paylanmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 8-də və 9-da həyata keçirilən tədbir “9 noyabr - Dövlət Bayrağı gün” münasibəti ilə “Yallı gedək - Bayrağımızı təbliğ edək” adlı layihə çərçivəsində gerçəkləşmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının bir sıra bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilmişdir.