ƏDLİYYƏ NAZİRLİYİ MƏTBUAT ŞURASININ NİZAMNAMƏSİNƏ DƏYİŞİKLİYİ TƏSDİQLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyi Mətbuat Şurasının (MŞ) Nizamnaməsinə dəyişikliyi təsdiq etmişdir.
Sənədin yeni variantında Şuranın İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılmışdır. Həmçinin MŞ üzvlərinin qurumun mərkəzi orqanlarında eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilə bilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılmışdır.
Qeyd edək ki, Nizamnaməyə dəyişikliklər olunması ilk dəfə ölkə jurnalistlərinin 2006-cı il dekabrın 23-də keçirilmiş IV qurultayında müzakirə edilmişdi. O zaman qətnamədə buna dair ayrıca bənd yer almış, MŞ idarə heyətinə təkliflər hazırlayıb növbəti qurultayın müzakirəsinə çıxarmaq tapşırılmışdı. Jurnalistlərin bu il iyunun 20-də keçirilmiş V qurultayında həmin təkliflər qəbul edilmişdi.