Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş idarə rəisi İlqar Məmmədov fəaliyyət istiqamətləri üzrə çıxış edərək qeydiyyat əməliyyatları və notariat hərəkətləri üzrə artan statistik göstəriciləri səsləndirməklə bu sahədə tətbiq olunan yeniliklər, o cümlədən innovativ həllər barədə ətraflı məlumat verib.

Bildirilib ki, hesabat dövründə qeyri-kommersiya qurumlarının qeydiyyatı 19,5 faiz, uçota alınmış mətbu nəşrlərin sayı 17,9 faiz, “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə yerləşdirilən məlumatların sayı 21,5 faiz artıb.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlər nəticəsində təmin olunan davamlı iqtisadi inkişafın təzahürü kimi mülki dövriyyənin artması əmlak hüquqlarının həyata keçirilməsində yardımçı olan notariat xidmətlərinin genişləndirilməsinə də təsir edib. Belə ki, 2018-ci illə müqayisədə notariat hərəkətlərinin sayı 21,2 faiz artıb.

Bununla yanaşı, iqtisadiyyatın kreditləşdirilməsində bankların rolunun artırılması üzrə ölkə başçısının 2019-cu ilin sentyabrında keçirdiyi iqtisadi müşavirədə verdiyi tapşırıqların icrası ilə bağlı Ədliyyə Nazirliyində görülmüş tədbirlər çərçivəsində ötən il noyabrın 1-də Azərbaycan Banklar Assosiasiyası və bank nümayəndələrinin iştirakı ilə baş idarədə keçirilmiş müşavirədə bankların səsləndirdiyi təkliflərin nəzərə alınması və həyata keçirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, müqavilə üzrə bankların kreditor hüquqlarının daha rahat şəkildə məhkəmədən kənar qaydada həyata keçirilməsini mümkün etmiş notariusun icra qeydinin avtomatlaşdırılması nəticəsində 10 mindən artıq müraciətin elektron qaydada icraya yönəldilməsi təmin olunub.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsünə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə uyğun hesabat dövründə keçirilmiş yoxlamaların 14,2 faiz azalmasının ölkəmizdə biznes və investisiya mühitinin davamlı yaxşılaşdırılmasında əhəmiyyəti xüsusi vurğulanıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Dünya Bankının hesabatında əksini tapan “əmlakın qeydiyyatı” indikatoru üzrə əmlak hüquqlarının qeydiyyatında operativliyin təmin edilməsinə xidmət edən bir sıra qanunverici və praktik tədbirlər barədə də məlumat verilib. Həmçinin bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə notariusun vergi agenti qismində tutduğu verginin məbləği 6,3 faiz artaraq 53 milyon manat təşkil edib.

“ASAN xidmət” mərkəzlərində göstərilən ədliyyə xidmətləri səsləndirilərək qeydiyyat əməliyyatlarının 15,9 faiz, notariat əməliyyatlarının isə 32,3 faiz artmaqla bu mərkəzlərdə verilmiş sənədlərin xeyli hissəsini təşkil etdiyi qeyd edilib. Həmçinin 2019-cu ildə Şamaxı, Tovuz, Kürdəmir “ASAN xidmət” mərkəzlərində ədliyyə xidmətlərinin təşkili məqsədi ilə müvafiq kadrların seçilməsi və qurumların zəruri texniki kommunikasiya və informasiya resursları ilə təmin edilməsi barədə məlumat verilib.

Notariusların fəaliyyətinin daha səmərəli şəkildə təşkili üçün yeni imkanların yaradılması, əhalinin məsafədən xidmətlərə tələbatını nəzərə alan notariat prosedurlarının müəyyən edilməsi, rəqəmsallaşma dövründə elektron notariatın geniş tətbiqinin hüquqi əsaslarını müəyyən edən, dövlətimizin başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanuna edilmiş institusional dəyişikliklər Azərbaycan notariatının yeni inkişaf mərhələsi kimi qiymətləndirilib.

Məhz bu yeniliklərdən biri kimi notariusların peşə ixtisasının artırılması və notariat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan Notariat Palatasının təsis edilməsi ilə bağlı Ədliyyə Nazirliyində Təşkilat Komitəsi formalaşdırılıb və 2019-cu ilin 8 iyul tarixində Ədliyyə nazirinin müavini cənab Toğrul Musayevin iştirakı ilə Palatanın təsis yığıncağı keçirilib.

Baş idarənin sosial sahədə də həyata keçirdiyi tədbirlər barədə məlumat verilərək qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərində birdəfəlik ödəmələrin verilməsi, habelə aztəminatlı ailələrin müavinətlərlə operativ təmin edilməsi üzrə verilmiş vərəsəlik şəhadətnamələrinin və rəsmiləşdirilməklə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətlərin sayı ümumilikdə 141 min 613 olub.

Sosialyönümlü tədbirlər sırasında, həmçinin ailə institutunun qorunub saxlanılması və nikah pozulmalarına qarşı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyat şöbələrində təşkil edilmiş psixoloq xidmətlərinin əhəmiyyəti də səsləndirilib. Belə ki, bu xidmətdən yararlanan şəxslərin 36 faizi nikahın pozulması fikrindən daşınıb.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin fərdi identifikasiya nömrəsi (FİN) ilə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olub.

Bununla yanaşı, nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq “Dayanıqlı İnkişaf Məqsədləri”ndə əksini tapmış doğumun qeydiyyatının tam təmin edilməsi hədəfinə nail olunması üçün 3,5 minə qədər doğum səyyar qaydada bilavasitə doğum evlərində aparılıb, habelə uzaq bölgələrdə yaşayan uşaqların doğumunun qeydiyyatına kömək göstərilib.

Ədliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılan və məsafədən fasiləsiz xidmət göstərən elektron ədliyyə köşkünün, mobil cihazlar üçün yaradılmış “Mobil notariat” proqramı, bu proqram çərçivəsində tətbiq olunan mobil notariat qovluğu və ədliyyə işçilərinin peşə bayramı günündə əhalinin istifadəsinə verilmiş mobil etibarnamə xidmətlərinin vətəndaş məmnunluğunun təmin edilməsində əhəmiyyəti vurğulanıb. Həmçinin notariat ofislərinə gələ bilməyən şəxslərə iş və ya yaşayış yerini tərk etmədən notariat xidmətlərindən yararlanması məqsədilə müasir avadanlıqla təchiz olunmuş və “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan xüsusi səyyar çantaların notariusların istifadəsinə verilməsi barədə də məlumat verilib.

Bildirilib ki, baş idarənin təşkil etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyonu, mobil tətbiqi telefonlarına yükləmiş istifadəçilərin sayı isə 30 mini ötüb. Təsadüfi deyil ki, xidmət sahəsində tətbiq olunan innovativ həllərin öyrənilməsi məqsədilə Bakıda keçirilən beynəlxalq seminarlar artıq bir ənənəyə çevrilib.

Əhalinin hüquqi maarifləndirilməsi fəaliyyəti baş idarənin işində mühüm əhəmiyyət kəsb edib. Bu sahədə baş idarənin və yerli qurumların əməkdaşları tərəfindən müxtəlif istiqamətləri əhatə edən ümumilikdə 1200-ə yaxın təbliğat və maarifləndirmə tədbirləri təşkil olunub.

Bununla yanaşı, 2019-cu ildə qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilmiş müəyyən tədbirlər də qeyd edilib. Bildirilib ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının və Ədliyyə Nazirliyinin İş Planının icrası məqsədi ilə baş idarə tərəfindən hazırlanmış layihələr əsasında 9 normativ hüquqi aktda dəyişikliklər edilib, 2 normativ hüquqi akt Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiqlənib, daha 18 normativ hüquqi akta dəyişikliklərə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Eyni zamanda, yerli qeydiyyat və notariat orqanları işçilərinin peşə ixtisasının artırılması məqsədilə il ərzində müxtəlif mövzularda təlimlər keçirilib, yardımçı vəzifələrdə çalışan əməkdaşların təlim üzrə qiymətləndirilməsi aparılıb. Bu tədbirin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda qarşıda duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşılması, icra intizamına dönmədən əməl edilməsi, habelə işin daha səmərəli təşkili üçün təşəbbüs səylərinin artırılmasına dair tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO