İQTİSADİYYAT
Ə.Əmirov adına NQÇİ-də “Fövqəladə halların idarə edilməsi” mövzusunda prezentasiya keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). “Azneft” İstehsalat Birliyinin (İB) qarşılıqlı maarifləndirmə proqramına əsasən, Ə.Əmirov adına neft və qazçıxarma idarəsində (NQÇİ) “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev tərəfindən “Fövqəladə halların idarə edilməsi” mövzusunda növbəti təqdimat keçirilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Əmirov adına NQÇİ-nin rəhbərlərinin, şöbə, sex rəisləri və aparıcı mühəndis texniki işçilərin iştirakı ilə keçirilən təqdimatda hər hansı qəza və ya fövqəladə hallar zamanı, həyata keçirilən tədbirlər, işçilərin planlı təxliyyəsi, ilkin tibbi yardım və ictimaiyyətin məlumatlandırılması barədə geniş məlumat verilmişdir. Bu məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanmış və məruzəçiyə mövzu ilə bağlı müxtəlif suallar verilmişdir.
Sonda Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev maraqlı təqdimata görə həmkarına kollektiv adından təşəkkür etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]