Əfqanıstanda Herat-Qəndəhar yolunda partlayış: ən azı 34 nəfər ölüb
Bakı, 31 iyul, AZƏRTAC
Əfqanıstanda terrorçuların Herat-Qəndəhar yolunda yerləşdirdikləri bombanın partlaması nəticəsində ən azı 34 nəfər ölüb. AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, iyulun 31-də səhər saatlarında törədilən terror aktının qurbanları arasında qadınlar və uşaqlar da var.
Yerli polisin məlumatına görə, insident Şaviz rayonu ərazisində baş verib. Fərah əyalətindən Herat şəhərinə hərəkət edən avtobusun içərisində 51 sərnişin olub. Yaralanan 17 nəfəri Herat xəstəxanasına çatdırıblar. Onlardan bir neçə nəfərin vəziyyəti ağırdır.
Təhlükəsizlik qüvvələri terror aktını şərh etməyiblər. Heç bir silahlı qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]