Əfqanıstanla qonşu dövlətlərin XİN rəhbərləri bu ölkədəki terrorçu qruplarla bağlı görüşəcəklər
Pekin, 11 aprel, AZƏRTAC
Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin dördüncü iclası aprelin 13-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda Əfqanıstanın coğrafi qonşuları olan Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan, İran və Çinin xarici siyasət idarələrinin rəhbərləri ilə yanaşı, Rusiyanın xarici işlər naziri də iştirak edəcək.
Görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və Əfqanıstanda terrorçu qrupların fəaliyyəti məsələləri müzakirə olunacaq. Əfqanıstan nümayəndə heyətinin toplantıda iştirakı barədə məlumat verilməyib.
Taliban hökumətinin sözçüsü Zabiullah Mücahid görüşü şərh edərkən deyib ki, Əfqanıstan təhlükəsiz və sabit ölkədir. Bu sabitlik qonşu ölkələr, habelə bütün bölgə üçün faydalıdır. Onlar uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı üçün Əfqanıstanla diplomatik və iqtisadi əməkdaşlıq etməlidirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]