Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.

- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beşillik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının beşillik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində sistemli addımlar atılıb, ölkənin media ekosisteminin müasirləşdirilməsi, yeni trendlərə uyğunlaşdırılması baxımından praktik nəticələr əldə olunub. Medianın inkişafının dəstəklənməsi, bu sahədə peşəkarlığın artırılması və rəqəmsallaşmanın stimullaşdırılması, eyni zamanda, cəmiyyət tərəfindən mediaya etimadın yüksəldilməsi islahatların mahiyyətini təşkil edən vacib amillərdir. Əldə olunmuş nailiyyətlərin əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması, cənab Prezidentin həm cəmiyyətin informasiya təminatında, həm də ictimai nəzarətin həyata keçirilməsində medianın fəaliyyətinə verdiyi daimi dəstək dayanır ki, bu da konkret nəticəyönümlü islahatların daha inamlı həyata keçirilməsi prosesində müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, medianın sağlamlaşması və müasirləşməsi tendensiyasının vacibliyini anlayan ölkənin media ictimaiyyətinin və cəmiyyətimizin islahatların davamlılığına konseptual yanaşması, həmrəyliyi bu illər ərzində görülmüş işlərə münasibətin göstəricisidir.

Məlumdur ki, cənab Prezident “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizdən az vaxt keçdikdən sonra imzalamaqla cəmiyyətin informasiya təminatının yaxşılaşdırılmasına dövlətin həssas yanaşmasını nümayiş etdirmiş oldu. Fərmandan irəli gələrək tətbiq olunmuş yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradan, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verib. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən olub.

Qlobal rəqəmsallaşma prosesləri bütün dünyada yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarıb. Milli media məkanının müasir tendensiyalara uyğun inkişaf etməsi və media mesajlarının həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya operativ və dolğun çatdırılması məqsədilə yerli media məkanında həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının yenilənməsinə, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir.

- Media islahatlarının əsas tərkib hissəsi olan “Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ kimi qiymətləndirilir. Ümumiyyətlə, islahatların gedişində əldə olunmuş nəticələrlə yanaşı, yaxın perspektiv hədəflər barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının “yol xəritəsi” funksiyasını yerinə yetirən “Media haqqında” Qanun ötən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib. Xatırlatmaq istərdik ki, Qanun layihə formasında parlamentdə müzakirəyə çıxarılanadək aparıcı media subyektlərində onun təqdimatı olub və yüzlərlə jurnalistin, media nümayəndəsinin və ekspertinin iştirakı ilə müzakirəsi həyata keçirilib. Qanunun parlament səviyyəsində də dəfələrlə ictimai müzakirəsi təşkil olunub. Bir çox ekspertlər haqlı olaraq “Media haqqında” Qanunu dövlət büdcəsi haqqında Qanundan sonra cəmiyyətdə böyük maraq doğurmuş və geniş müzakirə olunmuş hüquqi akt kimi dəyərləndiriblər. “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun qüvvəyə mindikdən sonra “Media Reyestrinin aparılması Qaydaları”nın icrası təmin edilib, media subyektlərinə və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi prosesinin hüquqi tənzimlənməsi həyata keçirilib.

Əlamətdar haldır ki, cənab Prezident 2022-ci il 8 fevral tarixində, yəni Qanunu təsdiqləməsi ilə eyni gündə güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına jurnalistlərin də daxil edilməsini nəzərdə tutan Fərman imzalayıb. Bu addım cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etməklə jurnalist əməyinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunəsi olub.

Bildiyiniz kimi, bu ildən media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Mediaya bu iqtisadi güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilməyə başlanılıb. Media sahəsində dövlətin qərarlarının məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Vurğulamaq istərdik ki, media islahatlarının bu təməl yanaşmasının bundan sonra da davam etdirilməsi prioritet hədəflərimizdəndir.

- Beş il ərzində Agentlik tərəfindən jurnalist peşəkarlığının artırılması istiqamətində addımların, eyni zamanda mediaya dəstək layihələrinin həyata keçirilməsinin davamlılığı təmin olunub. Növbəti mərhələ üçün bu istiqamət əsas götürüləcəkmi?

- Azərbaycan mediasının güclü olması, insanları ictimai məzmunlu informasiya ilə yüksək səviyyədə təmin etməsi, vurğuladığınız hər iki amillə, yəni həm jurnalist peşəkarlığının artırılması, həm də media subyektlərinin güclənməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan, gələcəkdə də bu xətt öz aktuallığını qoruyub saxlayacaq. Ölkəmiz sistemli şəkildə dezinformasiya təhdidləri ilə üzləşir, müasir çağımızda informasiya mühitimizi çirkləndirməyə yönəlmiş addımların intensivliyi əvvəlki illərlə müqayisədə daha da artıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın nüfuzu möhkəmləndikcə, beynəlxalq müstəvidə öz layiqli yerini tutduqca ona qarşı müəyyən qarayaxma kampaniyaları da geniş vüsət alır. Azərbaycan mediası yalnız daxili auditoriyanı məlumatlandırmaqla öz işini bitmiş hesab etməməlidir, bununla yanaşı, dezinformasiya təhdidlərinə cavab vermək, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq kimi vacib missiya da bizim medianın üzərinə düşür. Məsələyə bu kontekstdən yanaşdıqda media subyektlərinin rəqabətə davamlılığının artırılmasını, jurnalistlərimizin daha da peşəkarlaşmasını olduqca vacib amil kimi dəyərləndirə bilərik.

Nizamnaməsinə uyğun olaraq Agentlik Azərbaycanda medianın inkişafı prosesini stimullaşdırmaq məqsədilə yüksəkkeyfiyyətli jurnalistikanı təşviq etmək üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə inkişaf proqramlarının icrası, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, regional media üçün əlverişli mühitin yaradılması kimi bir sıra istiqamətlərdə media dəstək layihələri həyata keçirir. Media nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində il ərzində yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif tədbirlər və inkişaf proqramları həyata keçirilməkdədir. Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə uğurlu tərəfdaşlığı çərçivəsində təkcə ötən il 250-yə yaxın media nümayəndəsi üçün yerli və xarici ekspertlərin təlimçi qismində cəlb olunması ilə “Azərbaycan mətbuat tarixi”, “Media etikası”, “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik”, “Data Jurnalistikası”, “Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik”, “Süni intellektin mediada tətbiqi”, “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzularında təlimlər təşkil edilib.

Ötən il Medianın İnkişafı Agentliyinin və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə daim dəyişən media mühitində tələbatlı məzmun yaratmaq, müasir media tendensiyalarını effektiv tətbiq etmək və oxucu vərdişlərinə uyğun yeni media texnikalarını anlamaq məqsədilə yüksəkkeyfiyyətli təlim proqramları təqdim edən “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayıb. Beynəlxalq tədris platforması tərəfindən media nümayəndəsi, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan tələbələr üçün “Rəqəmsal Jurnalistika” və “TV və canlı jurnalistika” mövzularında ümumilikdə 3 moduldan ibarət təlim proqramları icra edilib.

Onu da qeyd etmək istərdik ki, Azərbaycanda elə bir media subyekti yoxdur ki, beş il ərzində Agentliyin həyata keçirdiyi təlim proqramlarından kənarda qalsın. Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının) kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin müasir kommunikasiya sistemlərinə uyğunlaşdırılması, mümkün böhran vəziyyətlərində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin effektiv icra edilməsi məqsədilə müvafiq mütəxəssislərə təlimlər keçirilməsi də artıq ənənə halını alıb.

- Media subyektləri üçün dəstək layihələrinin həyata keçirilməsi artıq yeni məzmun daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?

- Xatırlatmaq istərdik ki, Agentlik “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın prinsiplərinə istinad edərək media subyektlərinin fəaliyyətini dəstəkləmək məqsədilə müsabiqələr təşkil edir. Məqsəd media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təmin edilməsidir. Dövlətin mediaya dəstək mexanizmləri dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilməkdə və yeni elementləri özündə əks etdirməkdədir. Belə ki, əvvəllər yalnız sosial şəbəkələr peşəkar jurnalistikanın rəqibi kimi görülürdüsə, hazırda IT texnologiyalarının inkişafı, xüsusən də süni intellekt əsaslı kontentin geniş yayılması mediaya münasibətdə daha çevik yanaşma tələb edir. Media da öz növbəsində göstərilən dəstəkdən müasir trendlərdən geri qalmamaq üçün yararlanmalıdır. Onu da bildirək ki, artıq ikinci ildir Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması əsas prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda, televiziya kanallarını innovativ, çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir.

- Əhməd müəllim, son illər yalnız ölkəmizdə deyil, beynəlxalq müstəvidə formalaşmış yeni media trendlərindən biri də Şuşada keçirilən media forumlardır. Bu barədə də fikirlərinizi bildirməyinizi istərdik.

- Dünya jurnalistlərinin beyin mərkəzi kimi formalaşmış Şuşa Qlobal Media Forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 22-24 iyul 2023-cü il tarixlərində Şuşa şəhərində 4 panel sessiyadan ibarət “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilib. Forum çərçivəsində dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri panel sessiyalarda media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələləri müzakirə edib, həmçinin tədbir çərçivəsində müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, təlimlər təşkil olunub, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil edilib, qlobal media gündəminin müzakirəsi və dezinformasiyaya qarşı birgə hərəkət platformasının yaradılması Forumun əsas hədəfi olub. Qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilən dezinformasiyaya qarşı mübarizədə innovativ metodların tətbiqi imkanları, proaktiv strategiyaların araşdırılması və geniş spektrdən təhlili, bu istiqamətdə medianın rolu və effektiv həll yollarının müəyyənləşdirilməsi, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda, media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəminin müəyyənləşdirilməsi məqsədilə qeyd edilən tarixlərdə 4 panel müzakirə, “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclası, müxtəlif mövzularda paralel tədbirlər keçirilib, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə dörd xarici informasiya agentliyi - Əlcəzairin APS, Seneqalın APS, Pakistanın APP və Macarıstanın MTI agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Dövlətimizin başçısının iştirakı ilə 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu təşkil edilib. Süni intellektin informasiya istehsalında yaratdığı imkanlar və risklər, dezinformasiyanın yayılmasının qarşısının alınmasında media savadlılığının rolu, sosial medianın ictimai etimada təsirinin təhlili məqsədilə qeyd edilən tarixlərdə “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiya, həmçinin “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüş və müxtəlif paralel tədbirlər təşkil edilib. Forum çərçivəsində Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi və digər paralel tədbirlər təşkil edilib. Bununla yanaşı, “AnewZ” kanalı ilə Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan CCTV+ və Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi arasında strateji media tərəfdaşlıqları istiqamətində razılıq əldə edilib, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Vurğulamaq istərdim ki, bütün keçirilən forumlara maraq ildən-ilə artmaqdadır, bu isə media müstəvisinin inkişafı və davamlılığının təmin edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

- Şuşada keçirilən media forumlarından söz düşmüşkən, medianın beynəlxalq əlaqələri barədə fikirlərinizi də eşitmək maraqlı olardı.

- Şuşa Qlobal Media Forumlarının dinamik təsirləri özünü beynəlxalq əlaqələrimizin gücləndirilməsində göstərməkdədir. Ötən il noyabr ayında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda ilk dəfə D-8 Media Forumu keçirilib. Forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələlərinin müzakirəsi məqsədilə “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiya, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop təşkil olunub. Səkkiz ölkədən və Təşkilatın Katibliyindən xarici nümayəndələr olmaqla baş tutan D-8 Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib, habelə üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

2025-ci il 27-28 noyabr tarixlərində Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısı, təşkilatın Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib. Eyni zamanda, “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” və “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzularında iki panel sessiyadan ibarət Türk Dövlətləri Təşkilatının Media Forumu təşkil olunub. Forum çərçivəsində, həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edib.

Ötən il dekabrın 5-də Azərbaycan və Gürcüstan arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” və “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzularında iki panel sessiyadan ibarət “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

- Media islahatlarının gətirdiyi vacib yeniliklərdən biri də media savadlılığı və bu istiqamətdə ictimai düşüncənin daha da inkişaf etdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsidir. Əhməd müəllim, istənilən cəmiyyət üçün media savadlılığı niyə bu qədər önəm daşıyır?

- Rəqəmsal transformasiya şəraitində sağlam media mühitinin formalaşdırılması, dezinformasiya risklərinin azaldılması və cəmiyyətdə media savadlılığının gücləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur, bu məqsədlə media savadlılığının artırılmasına yönəlmiş sistemli, çoxşaxəli tədbirlər görülməkdədir. Media savadlılığı ilə bağlı cəmiyyətdə düşüncə tərzinin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmini, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə görülən tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə artıq üçüncü ildir ki, hər ilin dekabrında “Media Savadlılığı” Həftəsi təşkil edirik. Həftəyə hazırlıq işləri çərçivəsində regionlarda yaşayan gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, informasiyanın etibarlılığının müəyyənləşdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, habelə dezinformasiyaya qarşı mübarizədə həmrəyliyin gücləndirilməsi məqsədilə Agentlik silsilə tədbirlər həyata keçirir. Məsələn, təkcə ötən il Bakı şəhərində yerləşən, 2-si pilot olmaqla, 12 ümumi və orta təhsil müəssisəsində müəllimlər üçün TOT (təlimçilər üçün təlim) seminarları təşkil olunub, noyabr-dekabr aylarında isə həmin müəllimlər tərəfindən məlumatlandırma sessiyası və açıq dərs keçirilib. Media savadlılığı üzrə fəaliyyətlərin regional əhatə dairəsinin genişləndirilməsi və bu sahəyə diqqətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında “Media Savadlılığı” Həftəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Media savadlılığı geniş aspektdə sosial, mədəni və iqtisadi fəaliyyətlərin mərkəzində olan bacarıq olduğundan bu istiqamətdə görülən işlərdə effektiv nəticə əldə edilməsi üçün sektorlararası əməkdaşlığın təşviqi məqsədilə bu il Həftə dövlət orqanları (qurumları), özəl şirkətlər və akademik müəssisələr olmaqla, 13 qurumun tərəfdaşlığı ilə təşkil edilib. Həftə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Macarıstan, Pakistan və Albaniyadan xarici qonaqlar ölkəmizə səfər edib. Qeyd edilən xarici ekspertlərin iştirakı ilə gənclər üçün “Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu” və “Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması” mövzularında təlimlər təşkil olunub. Qeyri-formal öyrənməni təşviq edən müxtəlif maarifləndirmə tədbirləri çərçivəsində yüzlərlə gəncin iştirakı ilə ilk dəfə intellektual oyun keçirilib. Cəmiyyətdə media savadlılığının artırılması hər bir fərdin məlumat istehsalı və istehlakı proseslərinə daha tənqidi və məsuliyyətli yanaşmasına, sağlam media mühitinin inkişafına, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsinə bilavasitə təsir göstərir. Eyni zamanda, media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır.

- Əhməd müəllim, ötən il 150 illik yubileyini qeyd edən Azərbaycan mediası üçün əlamətdar hadisələrlə yadda qaldı, gələcək perspektivlər barədə nə deyə bilərsiniz?

- Ötən il milli mətbuatın yubiley tədbirləri silsilə xarakter daşıdı və yüksək səviyyədə qeyd olundu. Cənab Prezident tərəfindən jurnalistlər dövlət təltiflərinə layiq görüldülər. Eyni zamanda, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması dövlətin milli jurnalistikanın inkişafına göstərdiyi həssas münasibətin təzahürü kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi ilə bağlı çağırışından dərhal sonra – 2025-ci il noyabrın 7-də Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək məqsədilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” və “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzularında panellər təşkil edilib, yekunda müzakirələrdən praktik çıxarışlar hazırlanıb. Dövlətimizin başçısının ana dilimizin qorunması ilə bağlı bir müddət öncə yerli telekanallara verdiyi müsahibəsində bir daha bəhs edib. Azərbaycan dilinin mediada düzgün istifadə olunması jurnalistlərin məsuliyyətini şərtləndirir, Agentlik olaraq bu istiqamətdə səylərimizi daha da artırmalıyıq.

Qeyd etdiyimiz kimi, dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransdakı çıxışında beynəlxalq ətraf mühit gündəliyinə münasibətdə riyakarlıq və ikili standartların aydın göründüyünü vurğulayaraq bildirmişdi ki, “COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib”. Bu cür ikili standartların başa çatdığını söyləmək sadəlövhlük olardı, ona görə də Azərbaycan mediası ölkəmizin informasiya mühitini çirkləndirmə hallarına qarşı daim prinsipial olmalıdır. Bir sözlə, müasirləşmə, informasiya rəqabətində daha da güclənmə, ölkəmizin haqq səsini yüksək səviyyədə dünyaya çatdırmaq kimi prinsiplər dərinləşən media islahatlarının əsas hədəfi olaraq qalacaq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib