Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əkinçi”nin 100 yaşlı varisi - “Şərq qapısı” qəzeti

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş “Əkinçi”nin 100 yaşlı varisi” adlı tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva muxtar respublikada kütləvi informasiya vasitələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam imzalayıb, burada qəzet haqqında çox dəyərli fikirlər öz əksini tapıb. Sərəncamda da qeyd olunduğu kimi, birəsrlik zəngin tarixə malik “Şərq qapısı” qəzeti təkcə Naxçıvanın ictimai-siyasi həyatında deyil, bütövlükdə, Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynayıb. Qəzet 1990-1993-cü illərdə - ümummilli lider Heydər Əliyevin muxtar respublikada yaşayıb, işlədiyi dövrdə müstəqilliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirləri geniş işıqlandırıb, müstəqillik və demokratiya uğrunda gedən mübarizədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qəzetin inkişafına böyük qayğı göstərib, “Şərq qapısı”nın yeni binası istifadəyə verilib, maddi-texniki bazası möhkəmləndirilib, kütləvi informasiya vasitələri əməkdaşlarının əməyi yüksək qiymətləndirilib.

Vurğulanıb ki, muxtar respublikada mətbuatın inkişafına göstərilən hərtərəfli qayğıdan Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı “Nuh yurdu” qəzetinə də pay düşüb, bu qayğıdan bəhrələnən qəzet kəmiyyət və keyfiyyət etibarilə özünəməxsus inkişaf yolu keçib.

Təhminə Mustafayeva qəzetin kollektivini Naxçıvan şəhər ictimaiyyəti adından yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, əsryarımlıq milli mətbuat tariximizin bir əsri “Şərq qapısı” qəzeti ilə bağlıdır. Muxtar respublika nə dərəcədə ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik, milli müstəqillik uğrunda mübarizə tarixində, müstəqillik ideyalarının təşəkkül tapmasında böyük rol oynayıbsa, “Şərq qapısı” da milli mətbuat tariximizdə həmin rola, həmin nüfuza malikdir.

Diqqətə çatdırılıb ki, 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşri ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət gerçəyə çevrilib. 1921-ci ilin dekabrından “Füqəra səsi”, 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı ilə nəşr edilən qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Sovet-totalitar rejiminin ən qatı tüğyan etdiyi zamanlarda belə, millilik amilimizi, dəyərlərimizi, vətənpərvərliyimizi, Azərbaycançılıq ideologiyasını müdafiə edib, İkinci Dünya müharibəsi illərində həm arxa, həm də ön cəbhədə qətiyyətlə mübarizə aparıb. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qəzet qayğı ilə əhatə olunub, onun nəşrinə xüsusi diqqət yetirilib, böyük formatda gündəlik nəşri təmin edilib.

Vurğulanıb ki, qəzetin yubileylər tarixi çərçivəsində 50 illik yubileyi Ümummilli Liderin rəhbərliyi ilə ən yüksək səviyyədə qeyd olunub, “Şərq qapısı” SSR-nin ovaxtkı ali dövlət mükafatı - “Şərəf nişanı” ordeni ilə təltif edilib. Böyük siyasi xadim Naxçıvana qayıtdıqdan sonra “Daha susa bilməzdim” adlı ilk müsahibəsini də məhz “Şərq qapısı” qəzetinə verib, bu müsahibədə qəzetin fəaliyyətini çox yüksək dəyərləndirib. Həmçinin ulu öndər Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 75 illik yubileyində ölkə başçısı kimi qəzetə təbrik teleqramı ünvanlaması ölkə mətbuatı tarixində nadir hadisə idi.

Bildirilib ki, müstəqillik illərində muxtar respublikamızda mətbuatın inkişafı daim diqqət mərkəzində saxlanılıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yaradılması, “Şərq qapısı”nın 75, 80, 85, 90 illik yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, Ali Məclis Sədrinin media qurumlarının nümayəndələri ilə müntəzəm görüşlərində tapşırıq və tövsiyələrini verməsi, 2005-ci ildə Mətbuat Şurasının yaradılması, bu şuranın 2019-cu ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvü kimi fəaliyyət göstərməsi, “Şərq qapısı”nın indiki binasının istifadəyə verilməsi, saytının yaradılması və yenilənməsi, qəzetlərin rəngli formatla nəşrə başlaması, Naxçıvan Muxtar Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması və digər tədbirlər mətbuata göstərilən ən böyük diqqət və qayğıdır. Bu gün yalnız kağız formatında deyil, elektron şəkildə də istənilən şəxs muxtar respublikanın gündəlik həyat ritmini, inkişaf tempini, yenilikləri ictimai-siyasi prosesləri dünyanın istənilən nöqtəsindən çox rahatlıqla izləyə bilir. Jurnalistikaya olan dövlət qayğısı və media siyasətinin paralel şəkildə aparılmasının bir nümunəsi də gənc jurnalist kadr potensialının formalaşdırılmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı isə jurnalistikaya, eyni zamanda yaradıcı mühitə, ziyalılığa verilən böyük qiymətdir.

Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında qeyd edib ki, “Şərq qapısı” qəzeti həyata vəsiqə alan bir gündən xalqın maariflənməsinə, onun dünəninin, bu gününün öyrənilməsinə, Azərbaycan elmi və ədəbi mühitinin inkişafına böyük töhfələr verib. Həmişə tarixi amala, sarsılmaz əqidəyə xidmət edib, haqqın, ədalətin carçısı olub insanları saf ideallar uğrunda mübarizəyə səsləyib, Azərbaycançılıq məfkurəsinin həyata keçirilməsinə xidmət edib. Bu mətbu orqan hər bir oxucuda Azərbaycanın sabahına inam yaratmaq funksiyasını ləyaqətlə daşıyıb. Buna görədir ki, qəzet azad və demokratik cəmiyyətdə, Azərbaycanın mətbuat sistemində özünə layiqli yer tutub. “Şərq qapısı” kollektivi bu gün də üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirir.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Nuh yurdu” qəzeti də bu günün salnaməsinin yaradılmasında uğurlu fəaliyyət göstərir. Qəzet əməkdaşlarının milli dəyərlərimiz, dövlət gənclər siyasəti, ordu quruculuğu, vətənpərvərlik və digər mövzularda hazırladıqları məqalələr oxucular tərəfindən maraqla qarşılanır. Bütün bunlar Ali Məclis Sədrinin mətbuata göstərdiyi diqqət və qayğının təzahürüdür.

Rövşən Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Hər bir jurnalist öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir” kəlamını xatırladaraq kütləvi informasiya vasitələri əməkdaşlarına bu yolda uğurlar arzulayıb.

Daha sonra “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qərib, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-jurnalist, şair Asim Yadigar, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və qəzetin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov çıxış edərək qəzetin nəşri tarixindən, müasir fəaliyyətindən danışıblar. Çıxış edənlər “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını mətbuat tariximizdə əlamətdar hadisə kimi dəyərləndiriblər.

Sonda “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qəribə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin bir qrup əməkdaşına və qəzetlə fəal əməkdaşlıq edən qələm sahiblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb