EKOLOJİ MÖVZUDA ƏN YAXŞI MƏQALƏLƏR VƏ TELEVERİLİŞLƏR ÜZRƏ MÜSABİQƏNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, iyulun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar kütləvi İnformasiya vasitələri nümayəndələri arasında keçirilən ən yaxşı məqalələr və televerilişlər üzrə müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək, ölkəmizdə mövcud olan ekoloji problemlərdən və onların həlli üçün görülən işlərdən danışmışdır. O, jurnalistlərin bu sahədə rolunu yüksək qiymətləndirmişdir.
Nazir bildirmişdir ki, tədbirin əsas məqsədi ekologiya sahəsini işıqlandıran KİV nümayəndələrinin ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin qorunub saxlanması, təbiətdən səmərəli istifadənin təbliğ edilməsi, əhalinin məlumatlandırılması istiqamətində fəaliyyətlərini dəyərləndirməkdir.
200-ə yaxın məqalə və telesüjetlər təqdim olunmuş müsabiqənin qalibi olan bir qrup jurnalistə diplom və pul mükafatı təqdim edilmişdir.
Eyni zamanda, gələcəkdə aktual ekoloji problemlərin araşdırılması, ictimaiyyətin ekoloji maarifləndirilməsi sahəsində fəaliyyətlərinin aktivləşdirilməsi məqsədi ilə müsabiqə iştirakçılarından daha 13 nəfərə həvəsləndirici mükafatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]