“EKSON AZƏRBAYCAN” ŞİRKƏTİ QAÇQIN UŞAQLARINA DƏRS VƏSAİTLƏRİ PAYLAMIŞDIR
“Ekson Azərbaycan” neft şirkəti ölkəmizdə təhsili dəstəkləmək ənənələrini davam etdirərək, qacqın şəhərciklərində yaşayan qaçqın uşaqlarına ingiliscə-azərbaycanca Oksford lügətləri, “Uşaq Ensiklopediyası”nın 8 və 10-cu çildlərini, riyaziyyat dərslikləri və məktəb ləvazimatı paylamışdır.
“Mənim şəkilli Oksford lüğətim” kitabı ingilis dilini yeni öyrənməyə başlayan şagirdlər üçün nəzərdə tutulmuşdur. Oksford universitetinin müəllimləri bu lügət üçün materialları diqqətlə secmişlər. “Uşaq Ensiklopediyası”nın yeni cildləri kinoya, musiqiyə və ulduzlara həsr olunmuşdur. Əvvəlki nəşrlər kimi, bu kitab eləcə də sentyabrın 1-də uşaqlara təqdim olunmuş 1-4-cü siniflər üçün riyaziyyat dərslikləri latın əlifbası ilə çap edilmişdir.
“Ekson Azərbaycan”ın mətbuat xidmətindən verilən məlumata görə, bu, şirkətin sponsorluq etdiyi növbəti humanitar tədbirdir. Təhsilin dəstəklənməsi şirkətin uzunmüddətli öhdəliklərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]