DÜNYA
Əlcəzairin sabiq Ədliyyə naziri məhkəmə qarşısına çıxarılıb
Bakı, 22 avqust, AZƏRTAC
Əlcəzairin sabiq Ədliyyə naziri Tayeb Lüx avqustun 22-də korrupsiya ittihamı üzrə ölkənin Ali Məhkəməsi qarşısına çıxarılıb.
AZƏRTAC Alg24 portalına istinadla xəbər verir ki, hazırda sabiq nazir müstəntiq qarşısında izahat verir.
Tayeb Lüx 2013-2019-cu illərdə Əlcəzair Ədliyyə Nazirliyinə rəhbərlik edib. Buna qədər bir ildən çox əmək, məşğulluq və sosial təminat naziri işləyib. Lüx hakim “Milli Azadlıq Cəbhəsi” partiyasının üzvüdür.
Artıq bir neçə aydır ki, Əlcəzairdə korrupsiya əleyhinə miqyaslı kampaniya başlayıb. Kampaniya çərçivəsində onlarla nüfuzlu məmur, o cümlədən sabiq hökumət rəhbərləri və nazirlər, həmçinin biznesmenlər və oliqarxlar saxlanılıb və ya həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]