Eldar və Nigar Rusiya təmsilçisi Aleksey Vorobyova uğur nişanı hədiyyə etmişlər
Bakı, 13 may (AZƏRTAC). Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” yarışması çərçivəsində Rusiyanın təmsilçisi Aleksey Vorobyovun şərəfinə mərasim təşkil olunmuşdur.
Gecəyə builki müsabiqənin bir çox iştirakçıları da qatılmışlar. Onların sırasında Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal da olmuşlar.
Təmsilçilərimiz Aleksey Vorobyova finalda uğurlar arzulamış və ona uğur nişanı olaraq xüsusi açar hədiyyə vermişlər. Daha sonra isə təmsilçilərimiz mərasim iştirakçılarını Düsseldof səhnəsində ifa etdikləri “Running Scared” mahnısı ilə salamlamışlar. Rusiyalı təmsilçinin mərasimində “Eurovision-2009”-da Azərbaycana üçüncülük qazandırmış Aysel Teymurzadə də iştirak etmişdir.
Aleksey Vorovyovun adı ilə bağlı bu mərasimə Fransa, İslandiya, Ukrayna, Finlandiya və digər ölkələrin təmsilçiləri də gəlmişlər. Tədbirdə maraqlı məqamlardan biri “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbakın Aleksey Vorobyovla duet ifa etməsi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]