Elektron imza üzrə yeni məhsulun bank nümayəndələri üçün təqdimatı olub
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçiriləcək V Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müxtəlif formatlı “Side event”lər təşkil edilir.
ABA-dan AZƏRTAC-a bildirilib ki, Assosiasiyanın tərəfdaşlarından olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Elektron imza üzrə yeni məhsul - SİMA yaradılıb. Üztanıma, “açıq açar” texnologiyalarını özündə birləşdirən bu məhsul biometriyaya əsaslanır və istifadəçilərə, eləcə də xidmət təklif edən qurumlara bir sıra üstünlüklər qazandırır. Bununla əlaqədar olaraq, yeni məhsulla bağlı məlumatlandırma, o cümlədən bu məhsul üzrə əməkdaşlıq üçün təkliflərin verilməsi, müzakirələrin təşkil olunması məqsədilə bankların rəqəmsal həllər üzrə nümayəndələri üçün görüş keçirilib. Görüşdə, həmçinin mövcud və potensial tərəfdaş qurumların sistemlərinə yeni nəsil elektron imzanın inteqrasiya məsələləri də müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]