İDMAN
Əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq
Bakı, 4 avqust, AZƏRTAC
Güclü komandaya qarşı oynayacağıq. “Seltik” indi daha fərqli oyun nümayiş etdirir. Görüşün bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Rəqib hesabda üstün olsa da, qarşıda 90 dəqiqə var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov avqustun 5-də UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” komandasına qarşı keçiriləcək cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün vəziyyətinə toxunan baş məşqçi qeyd edib ki, bu barədə çox danışmağa ehtiyac yoxdur. Belə hallar olur. Hər halda ən yaxşısını etməyə çalışacağıq. Ola bilər ki, bu, sürətli, daha baxımlı oyuna mane olsun. Əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq. Əsas odur ki, ilk qolu biz vuraq. Ancaq daha vacib olan qol buraxmamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]