ELM VƏ TƏHSİL
“Elm günü”nə həsr olunmuş tədbirdə kosmosa səyahətlə bağlı sənədli film nümayiş etdiriləcək
![“Elm günü”nə həsr olunmuş tədbirdə kosmosa səyahətlə bağlı sənədli film nümayiş etdiriləcək](/files/2019/1/1200x630/1550068435654223007_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Ölkəmizdə “Elm günü”nün qeyd olunması ilə əlaqədar planlaşdırılan tədbirlər planı çərçivəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Bohm Planetariumun birgə təşkilatçılığı ilə fevralın 19-da “açıq qapı” günü keçiriləcək.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, həmin gün Bohm Planetariumda (Bakı, Neftçilər prospekti, Park Bulvar Ticarət Mərkəzi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filmin nümayişi nəzərdə tutulur. Astronomiya elminə marağı olan hər kəs tədbirdə iştirak edə bilər.
Xatırladaq ki, dövlətimizin başçısı 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb.