Elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı verbinar keçiriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə ilə əlaqədar məlumatlandırıcı vebinar keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər və layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır. KOB subyektləri https://zoom.us/j/91886385301?pwd=a0NnemxnRVhXVGlUbSttcFNqUG95UT09 linkinə daxil olmaqla tədbirdə iştirak edə bilərlər.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu noyabrın 15-də başlanılır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/3H909ef .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]