ELMİ TƏDQİQAT BAYTARLIQ İNSTİTUTU 100 İLLİYİNİ QEYD ETMİŞDİR
Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Hələ 1901-ci ilin dekabrında Rusiya imperiyası hökumətinin qərarı ilə Zurnabad taun əleyhinə stansiyası yaradılmış, 1930-cu ildə isə onun əsasında Elmi Tədqiqat Baytarlıq İnstitutu təşkil edilmişdir.
Kənd təsərrüfatıl naziri İrşad Əliyev konfransda çıxış edərək, ölkəmizdə heyvandarlığın və kənd təsərrüfatının digər sahələrinin inkişafında baytarların böyük rolunu vurğulamışdır.
Sonra institutun ünvanına göndərilmiş təbriklər oxunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, MEA Rəyasət heyətinin üzvü Cəlal Əliyev, MEA biologiya elmləri bölməsinin akademik - katibi, Zoologiya institutunun direktoru Musa Musayev, habelə Rusiya, Gürcüstan və başqa ölkələrdən olan azərbaycanlı baytarlarını da təbrik etmişlər.
İnstitutun direktoru, MEA-nın müxbir üzvü, professor Nəriman Şirinov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda burada 140-dan çox əməkdaş, o cümlədən 4 elmlər doktoru, 22 elmlər namizədi çalışır. İnstitutun alimləri kənd təsərrüfatı heyvanlarında pasterilezə qarşı vaksin, quşların kalibakterilezi və arıların varraertozuna qarşı preparat alınması, habelə kənd təsərrüfatının müxtəlif sahələri üçün vacib olan digər elmi işlər üzərində çalışırlar.