Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Eluca Atalı: İmzasına və oxucusuna hörmət edən yazıçı “kal” məhsulu üzə çıxarmaz - MÜSAHİBƏ

Eluca Atalı: İmzasına və oxucusuna hörmət edən yazıçı “kal” məhsulu üzə çıxarmaz - MÜSAHİBƏ

Stokholm, 23 mart, Nərgiz Cəfərli, AZƏRTAC

Neftçala rayonunun Xolqaraqaşlı kəndində dünyaya göz açan yazıçı Eluca Atalı son 17 ildə Stokholmda yaşayıb yaradır. Əlliyə yaxın kitabın müəllifi həyatı və yaradıcılığı ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Müsahibəni təqdim edirik.

-Eluca xanım, necə oldu yazıçı oldunuz?

- On iki yaşımda şeir yazmağa başladım, 22 yaşımda gözlənilmədən nəsrə keçdim. “Ən şirin şey” adlı alleqorik hekayəmlə nəsrə start verdim. Hazırda hekayə janrından əlavə, roman, dram, esse, fəlsəfi-bədii miniatür janrlarında da yazıram. Bu vaxtadək 37 kitabım işıq üzü görüb, hazırda isə 10-dan çox kitabım dünyanın müxtəlif nəşriyyat evlərində çapdadır. Onların bu ilin birinci yarısında çap edilmələri nəzərdə tutulub.

-Bir kitab üzərində nə qədər işləyirsiniz, proses necə keçir?

-Kitab üzərində çalışma müddətim müxtəlif olur, konkret vaxt yoxdur. Məsələn, “Tiqranizm Xocalıda” kitabını iki aya yazmışam. “Ənqa quşu” və “Dəvəquşu fermasında” kitablarını paralel olaraq yazdım və üzərilərində iki ay çalışdım. Dörd kitabdan ibarət “İran Hizbullah zindanında” romanımı isə 12 ilə bitirmişəm. Bir kitab yazmağı düşünmüşdüm, lakin işin içərisinə girdikdən sonra sanki dərin bir quyuya düşdüm. Proses uzun çəkdi, çünki mövzu hərtərəfli araşdırma tələb edirdi.

Materiallar əldə etdikcə əsər genişləndi və dərinləşdi, ona görə də onun başa çatdırılması xeyli vaxt aldı. Mən bu kitabla həm də 50 milyon insanın ağrı-acısını qabartmaq istəyirdim.

Hazırda “Ənqa quşu” kitabının ikinci cildi olan “Əbədiyyət aşiqləri” nəşrini yazmışam, amma redaktəsi ilə məşğul ola bilmirəm. Çünki iki teatrdan 4 mono tamaşa sifarişi almışam, Bakıya getməmişdən əvvəl onları yazdım. Əvvəla həmin tamaşaların mətnini redaktə edəcəyəm.

- “İran Hizbullah zindanında” romanınızın adı oxucunu cəlb etdiyi kimi, həcmi də cəlbedicidir. Dörd kitab üzərində 12 il çalışmaq sizi yormadı?

- Məni yox, amma romanı bütöv oxumaq istəyənləri kitabların gec ərsəyə gəlməsi bir qədər yordu.

2023-cü ilin fevralında kitablar tam hazır olanadək oxucuların çoxsaylı suallarına cavab vermək məcburiyyətində qaldım. “Kitabı haradan əldə etmək olar” kimi suallar məni əsəri tezliklə başa çatdırmağa sövq edirdi. Amma əsər də yazılan zaman canlı bir varlığa çevrilir, odur ki, tam başa çatdırılmamış təqdim etmək mənəvi cinayətdir. İmzasına və oxucusuna hörmət göstərən yazıçı “kal” məhsulu işıq üzünə çıxarmaz.

İlk növbədə, həyat yoldaşım səbirsizlənmişdi, hər gün “hizbullah bitmədimi?” deyib sual edirdi. Hərdən də gileylənirdi ki, “Hizbullah bizi yaşamağa qoymadı”. Bəlkə də gileylənməyə əsası var idi, çünki əsərin son cildini yazanda 18 ay öz otağımda demək olar təcrid olunmuşdum.

-Bu yaxınlarda Azərbaycana səfər etdiniz, “Uzun səfərin qəribə sonluğu”, “Odunçunun nağılı” kitabların təqdimatı ilə bağlı məktəblərdə görüşləriniz keçib. Bu görüşlər zamanı hansı maraqlı anlar yaşandı?

-Neftçalada Heydər Əliyev Mərkəzində, 1 saylı orta məktəbdə, Bakıdakı 161 və 248 saylı məktəblərdə görüşlərim oldu, hamısında da yaddaqalan hadisələr baş verdi. İlk növbədə, oxucuların əsərlərimdəki müxtəlif mövzularla bağlı verdikləri suallar məni onlarla ətraflı söhbət etməyə ruhlandırırdı. Neftçala məktəbində şagirdin “Tiqranizm Xocalıda” kitabının mahiyyəti haqda verdiyi sualla təkrarlanan tariximiz, səhvimiz və Birinci, İkinci Qarabağ savaşlarının qısa təhlilini vermək məcburiyyətində qaldım. Yeniyetmələrlə bu istiqamətdə söhbətlər önəmlidir.

Gözlənilməz hadisələrdən biri isə 6 yaşından dostluq etdiyim Lumunun 40 il əvvəl yazdığım şeirimi mənə təqdim etməsi oldu. Əvvəldə də qeyd etdiyim kimi, 12 yaşımdan başlayaraq on il şeir yazmışdım, anam təsadüfən onları yandırmışdı. Onlardan qalan yeganə şeiri uşaqlıq dostum mənə verəndə sanki uşaqlığımla yenidən görüşdüm.

Bakıdakı 248 saylı məktəbdə isə başqa bir aləmə düşdüm, sinifdəki 22 uşaq mənimlə görüşədək “Uzaq səfərin qəribə sonluğu” kitabımı kağıza çap edib, cildləyib oxumuşdu. Onların hərəsinə imzalı kitab bağışladım. Onlarla kitabı ətraflı təhlil etdik.

-Azərbaycana budəfəki səfəriniz sizi yeni əsər yazmağa ruhlandıracaqmı?

-Oxuculardan aldığım sorğular və əsərlərimlə bağlı təhlilləri əsasında formalaşan publisistik bir əsər alına bilər. Bilirsiniz ki, iki saatlıq görüşdə yüzdən artıq oxucunun bütün suallarına cavab vermək mümkün deyil, cavab vermədikdə isə insanın içində nə isə düyünlənib qalır. Ona görə də yeni əsərin süjetin düşünürəm və bir az əvvəl dediyim kimi, “Tiqranizm Xocalıda” kitabımla bağlı verilmiş suala cavab olaraq İkinci Qarabağ müharibəsindən bəhs edən “Nənəmin dronu” kitabımı tezliklə redaktə etmək istəyirəm ki, oxucum sualına tam cavab alsın.

-İsveçdə Azərbaycan yazıçısı olmaq çətindirmi?

-Müəyyən yaşdan sonra İsveçə gəlib özünü yazıçı kimi təsdiqləmək çətindir, bu çətinliyi hər an yaşayıram. İsveçdəki oxucular əsərlərimi ingilis yox, İsveç dilində oxumaq istəyirlər. Bədii tərcüməçi qıtlığından əziyyət çəkənlərdən biri də mənəm. Məsələn, “Ənqa quşu” kitabımla bağlı kitabxana və məktəblərdə çoxlu görüşlərim keçirilib, lakin uşaqlar onu İsveç dilində istəyəndə bir az da əzilmiş kimi olmuşam.

İlk növbədə, istərdim ki, “Ənqa quşu” kitabı İsveç dilinə tərcümə olunsun, çünki kitab təbiətin fəlsəfəsindən bəhs edir. Digər tərəfdən bu, uşaqlar üçün təbiətin mahiyyətindən bəhs edən irihəcmli əsərdir. İsveçdəki “Lava” nəşriyyatlar qrupuna kitabın mətnini ingilis dilində göndərmişdim, onlar rəylərində bu kitabla yeni bir dünya yaratdığımı yazıblar. Çox istərdim ki, yaratdığım yeni dünyadan xəbər tutanlar çox olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub