Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası mini-futbol turnirində növbəti qələbə qazanıb
Bakı, 19 aprel, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi mini-futbol turniri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, turnirin növbəti turu da nazirliyin komandası üçün uğurlu olub. İlk turda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin komandasına qalib gələn nazirliyin futzalçıları bu dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin komandasının qapısından dörd cavabsız top keçirib.
Növbəti turda nazirlik komandasını rəqibi İqtisadiyyat Nazirliyini təmsil edən mini-futbol komandası olacaq.