Emin Əmrullayev: Bu il universitetlərdə ilk dəfə müəllimlik ixtisası üzrə proqram akkreditasiyası keçiriləcək
Bakı, 29 fevral, AZƏRTAC
Hazırda mühəndislik və informasiya texnologiyaları ixtisaslarına çox ciddi tələbat var.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. Nazir bildirib ki, humanitar ixtisaslarda əvvəlki tələbat yoxdur: “Hansı ixtisasların sıradan çıxacağını demək çətindir. Beynəlxalq münasibətlər ixtisası üzrə qəbul balı əvvəlki illərdə daha yüksək idi. Hazırda bu ixtisasa tələbat aşağı düşüb. Ancaq bu, həmin ixtisasın bağlanacağı demək deyil.
Biz hansısa universitetlərdə müəyyən ixtisasların bağlanmasından danışa bilərik. Bunu da yalnız proqram akkreditasiyasından sonra müəyyən edə bilərik. Bu il ilk dəfə müəllimlik ixtisası üzrə bu akkreditasiyanı keçirəcəyik. Əgər hansısa universitetlərdə ixtisasların tədrisin müvafiq tələblərə cavab vermədiyini müəyyən etsək, həmin ixtisaslara qəbul dayandırılacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]