Emin Hüseynov: Gələn ilin sentyabr-oktyabr aylarında Ağdam şəhərinə əhalinin köçürülməsi nəzərdə tutulur
Füzuli, 17 oktyabr, Gülay Nəzərova, AZƏRTAC
Gələn ilin sentyabr-oktyabr aylarında Ağdam şəhərinə əhalinin köçürülməsi nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Ağdamda dörd kənd tikilməkdədir. Bu ilin sonuna qədər Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin bir hissəsinin köçürülməsi nəzərdə tutulur. Qərvənd kəndi də üçüncü “ağıllı kənd” olaraq slovakiyalı mütəxəssislər tərəfindən layihələndirilib. Bu yaxınlarda Prezidentimiz Eyvazxanbəyli kəndinin təməlini qoydu və burada layihələndirmə işləri yekunlaşmaq üzrədir”, - deyə E.Hüseynov qeyd edib ki, Ağdam şəhərində də genişmiqyaslı işlər aparılır. O deyib: “Beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Hazırda ikinci mərhələdə tikinti işlərinə başlanılıb. Yaxın zamanlarda dördüncü və beşinci mərhələlərdə tikinti işlərinə başlanılacaq. Hesab edirəm ki, bütün bu işlər qrafikə əsasən vaxtında icra olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:27]
Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər
- 10.10.2026 [09:55]
Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]