Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Bakı, 24 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı genişmiqyaslı işlər həyata keçirir.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu sahədə yarana biləcək çətinliklərin qarşısının alınması üçün qanunvericilik çərçivəsində mütəmadi tədbirlər görülür. Məqsəd torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi və qeyri-qanuni özbaşına zəbt olunması hallarını müəyyən etmək və qarşısını almaqdır. Eyni zamanda, tədbirlərin təhlillərinə əsasən aşkar olunur ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, ƏMDK-nın rəyi olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə torpaqlar ayrılır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı komitənin rəyinin alınması qeyd edilib. Yəni, yerli icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır.

Eyni zamanda, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanunun 9-cu maddəsinə görə isə yerquruluşu layihələri əsasında torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Torpaqla bağlı yerquruluşu işləri komitənin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Yerquruluşu işlərinin aparılmasının əsas səbəbi ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşmanın təmin edilməsidir. Bu isə ayrılan torpaqların ərazisinin eyni sahəyə düşməsinin qarşısını alır. Ümumilikdə bu işlərin həyata keçirilməsi vətəndaş və dövlətin maraqlarının qorunmasına istiqamətlənib. Belə ki, vətəndaş qeydiyyatla bağlı maneələrlə qarşılaşmayacaq, torpağı düzgün istifadə edə biləcək. Dövlətə verdiyi əsas fayda isə gələcəkdə dövlət ehtiyacları üçün torpaqların geri alınmasında çətinlikləri aradan qaldırır, əlavə xərclərin yaranmasının qarşısını alır.

Rəylərin verilməsində başlıca məqsəd torpağın təyinatından irəli gələn məsələlərin aydınlaşdırılması, torpaqların hansı kateqoriyaya aid olmasının araşdırılması, torpaqların mühafizə zolaqlarında yerləşib-yerləşməməsinin müəyyənləşdirilməsidir. Rəy verilərkən torpaqların yüksəkgərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları mühafizə zolaqlarında, magistral neft, qaz, su boru kəmərləri üzərində yerləşməsi aşkara çıxarılır. Bundan başqa, rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib-gəlməməsini müəyyənləşdirir.

Torpaq sahələrinin qanunvericiliyin tələbləri pozulmaqla, komitənin rəyi olmadan verilməsi sonradan sənədləşmə prosesində çətinlik yaradır. Belə ki, vətəndaşlar bilməyərəkdən ayrılmaya dair rəy alınmayan torpaqlarda qanunsuz tikinti aparır. Daha sonra müvafiq qeydiyyat prosedurunu yerinə yetirəndə isə ilkin hüquqi sənədlərin çatışmazlığı problemi ilə üzləşir. Həmçinin belə qaydada torpaq sahələrinin ayrılması ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərə ciddi maneələr yaradır.

Vətəndaşlar bilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə sonradan vətəndaş rahatlıqla mülkiyyət hüququ əldə edə bilər.

Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır. Bu istiqamətdə vətəndaşların, bələdiyyələrin, müvafiq icra hakimiyyəti orqanlarının məlumatlandırılması üçün torpaqlardan istifadə və onun mühafizəsi ilə bağlı maarifləndirici forumlar təşkil edilir. Belə forumlar mütəmadi olaraq paytaxtla yanaşı, bölgələrdə də təşkil olunur. Keçirilən maarifləndirici forumların məqsədi torpaqlardan istifadədə mülkiyyətçilərin, dövlətin və vətəndaşların hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Belə forumlarda bələdiyyələr, iri torpaq mülkiyyətçiləri digər aidiyyətı qurumlar torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırılır. O cümlədən onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyi bildirilir. Torpaq idarəçiliyində yaranan qanun pozuntularına qarşı tətbiq olunan inzibati tənbeh tədbirləri, o cümlədən sanksiyalarla bağlı maarifləndirilir. Eyni zamanda, torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Türküstandan yüksələn birlik mesajı gələcəyin yol xəritəsidir ŞƏRH

Tullantıların idarə olunması ilə bağlı yeni Fərman ekoloji təhlükəsizlik üçün strateji addımdır ŞƏRH

Nazir müavini: AŞPA-nın ölkəmizə qərəzli yanaşması Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirir

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

“Sinerjinin Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” - Sofiyada mühüm müzakirə

Dövlət Proqramı tələbələri ABŞ-də Beynəlxalq Beyin Mərkəzində yekun tədqiqat layihələrini təqdim ediblər

Azərbaycanda 18 müxtəlif bitkilik tipinin yayılma xəritələri hazırlanıb

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

“Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” - elmi seminar

“Qəlbimiz həmişə Zəngilanda qalmışdı” – Şəhərdəki ilk yaşayış kompleksindən reportaj

Benedetto Zakkiroli: Bakı qlobal dialoq üçün məkan yaratmağı bacaran şəhərə çevrilir - MÜSAHİBƏ

® Qarabağda Milli Biznesin İnkişafı Forumunun Xankəndi xüsusi sessiyası

Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması - beynəlxalq konfrans

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir – RƏY

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

® “Caspian Energy Club”ın üzvləri Qarabağ bölgəsini ziyarət ediblər

® “Rabitəbank” “Garmin Pay” təmassız ödəniş həllini müştərilərin istifadəsinə verib

Tokayev: Qlobal qeyri-sabitlik dövründə türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

Makronun Cənubi Qafqaz siyasəti regional reallıqlarla toqquşur - ŞƏRH

Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

Radar və cərimələr yol təhlükəsizliyinin artırılmasına təsir edirmi?

Azərbaycanın quruculuq fəaliyyətinin və regional əməkdaşlıq siyasətinin dünyada analoqu yoxdur – ŞƏRH

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir FOTO

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub

Qızıl medal qazanan gimnast: Avropa çempionu olmaq üçün gecə-gündüz çalışıram

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2 VİDEO

Zamanı aşan söz - Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir

Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq

Elmdə yeni mərhələ: nəzəriyyədən istehsalata və Böyük Qayıdışa doğru

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

AHLA: Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi turistləri çəkindirir

İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Zəngəzur dəhlizi Azərbaycan və region ölkələri üçün iqtisadi dividendlər qazandıracaq – ŞƏRH

Halal investisiya və sukuk bazarının yaradılması ölkəyə xarici investorların marağını artıra bilərmi?

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb

Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

AMEA-nın müxbir üzvü: Süni intellekt insan faktorunu tam əvəz edə bilməz

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

BMU tələbələri innovativ layihələr təqdim ediblər

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Fəzail Sadıqov: Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət asan və əlçatandır

BMT-nin yüksəksəviyyəli iclasında Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

Zaur İmranı: Turizmə yalnız gəlir mənbəyi kimi deyil, inkişaf konsepsiyası kimi yanaşılmalıdır - MÜSAHİBƏ

Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

İstehlak bazarında qiymətlər açıqlanıb

“Yuğ” Teatrı WUF13 çərçivəsində xarici qonaqlar üçün dörd tamaşa təqdim edəcək

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Media: Kanada və Fransa öz müdafiə embarqolarına rəğmən Türkiyə ilə yaxınlaşır

Slovakiya parlamentinin nümayəndə heyəti Füzuli, Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edib

UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Universitetlərimiz xalqımızın beynəlxalq aləmlə inteqrasiyasını təmin edir

Qırğızıstan Prezidenti: Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər

AzMİU tələbələri beynəlxalq zəlzələ mühəndisliyi yarışmasında xüsusi mükafata layiq görülüblər

WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

BRICS xarici işlər nazirləri Yaxın Şərq məsələsində ortaq məxrəcə gələ bilməyiblər

Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Kənd təsərrüfatı naziri Şuşada vətəndaşlarla görüşüb

Neymar İtaliya vətəndaşlığı alıb

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir VİDEO

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir VİDEO

Azərbaycanda mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən əsas işlər açıqlanıb

Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır

Azərbaycanın “ağıllı” və “yaşıl şəhər” modeli beynəlxalq şəhərsalma gündəmində diqqət çəkir - ŞƏRH

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Qazaxıstan Prezidenti: Türk dünyası daim barışıq şəraitində yaşamalı və birlikdə inkişaf etməlidir

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa Parlamentinin məqsədi ermənilərin hüququnu qorumaq yox, siyasi ambisiyalarını həyata keçirməkdir - ŞƏRH

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək