Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın regional liderliyi Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə daşıyır – Məqalə

Azərbaycanın regional liderliyi Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə daşıyır –  Məqalə

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanın Cənubi Qafqazdakı liderliyi, bölgədə yaratdığı yeni reallıqlar və ərsəyə gətirdiyi kommunikasiya xətlərinin Avropa ilə Asiya arasındakı əlaqələrə töhfələri dünyanın aparıcı siyasi dairələri tərəfindən diqqətlə izlənilir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Avropa İttifaqının (Aİ) son dövrlərdə ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi maraq göstərməsi də respublikamızın regionda formalaşdırdığı siyasi-iqtisadi reallıqlardan və "orta güc" statusuna yüksəlməsindən irəli gəlir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Xanlar Fətiyevin “Azərbaycanın regional liderliyi Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə daşıyır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin ötən il “Avropa Siyasi Birliyi”nin Tirana və Kopenhagendə keçirilən Zirvə görüşlərinə dəvət olunması, bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərləri Aİ-nin Azərbaycanın regional liderliyini qəbul etməsinin göstəricisidir. Eyni zamanda, bütün bunlar ondan xəbər verir ki, respublikamızın yaratdığı bağlantılar vasitəsilə Avrasiyada əməkdaşlığın inkişafına verdiyi töhfələr və Cənubi Qafqazın yeni reallıqları Aİ-nin Azərbaycanla əlaqələrə dair qərarlarına mühüm təsir göstərir. Başqa cür desək, Cənubi Qafqazın siyasi və iqtisadi reallıqları Aİ-ni “orta güc”ə çevrilən Azərbaycanla əlaqələri bərabərhüquqlu prinsiplər əsasında daha da genişləndirməyə sövq edir.

Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə səfəri Azərbaycan-Aİ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin və Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında səsləndirdikdəki fikirlər, toxunduqları məsələlər göstərir ki, Azərbaycan-Aİ əlaqələrində qarşılıqlı və bərabərhüquqlu prinsiplər əsasında yeni səhifə açılır. Prezident İlham Əliyev mətbuata bəyanatında Avropa Komissiyası ilə münasibətlərdəki mövcud dinamikanı yüksək qiymətləndirərək deyib: “Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”.

Məlum olduğu kimi, Aİ uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, respublikamızın xarici ticarətinin 40 faizdən çoxu Aİ üzvləri ilə aparılır. O cümlədən Azərbaycan Aİ-nın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Təşkilatın Cənubi Qafqaz regionu ilə ticarətinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu tərəfdaşlığın əsas çəkisi isə enerji sferasını əhatə edir. Bu mənada enerji sahəsində əməkdaşlıq Azərbaycan-Aİ tərəfdaşlığının əsas məqamlarından biridir. Xüsusilə qeyd edilməlidir ki, Aİ bu əməkdaşlıqla bağlı Azərbaycanın etibarlı tərəfdaş olmasının fərqindədir. Xüsusilə Avropanın qaz təchizatında ciddi böhranların yaşandığı son illərdə Aİ üzvləri Azərbaycanın etibarlı tərəfdaş olmasına şahidlik ediblər. Bakıda mətbuata bəyanatında Ursula Fon der Lyayenin respublikamızın Aİ üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirdiyini, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyini gücləndirdiyini bəyan etməsi və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirməsi ölkəmizin həyata keçirdiyi uzaqgörən enerji siyasətinin, etibarlı tərəfdaş imicinin və beynəlxalq nüfuzunun ən yüksək səviyyədə etiraf olunduğunu bir daha nümayiş etdirdi.

Hazırda Aİ-nin 10 üzvü Azərbaycandan təbii qaz ixrac edir. Enerji əməkdaşlığının genişlənməsində Ursula Fon der Lyayenin 2022-ci ildə respublikamıza səfəri mühüm rol oynayıb. Belə ki, həmin səfər zamanı “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra Azərbaycandan Avropa İttifaqının üzv dövlətlərinə təbii qaz ixracı təxminən 65 faiz artıb.

Cənubi Qafqazdan Avropaya qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının möhtəşəm təcəssümüdür. Lakin Azərbaycanla Aİ-nın enerji təhlükəsizliyi əməkdaşlığı yalnız neft və təbii qazla məhdudlaşmır. Bu sahədə əməkdaşlıq Azərbaycanın müasir çağırışlara cavab verən enerji strategiyasının nəticəsi olaraq bərpaolunan enerji sferasını da əhatə edir. Beləliklə, Azərbaycanın bərpaolunan enerji infrastrukturunu inkişaf etdirməsi ölkəmizlə Aİ arasında yeni əməkdaşlıq istiqamətinin əsasını qoyub. Prezident İlham Əliyevin Ursula Fon der Lyayenlə görüşündə bu məsələ də müzakirə olundu və dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanla Avropa Komissiyası bu baxımdan strateji tərəfdaş ola bilərlər.

Bu gün rəsmi Bakının prioritetlərindən biri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin uğurla özünün məntiqi sonluğuna çatdırılması, regionda möhkəm və əbədi sülhün təmin olunmasıdır. Respublikamızın bu istiqamətdə beynəlxalq hüquq prinsipləri çərçivəsində atdığı addımlar, Ermənistana daşınan yüklərin tranzitinə məhdudiyyətləri aradan qaldırması sülhü artıq reallığa çevirib. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülhü gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq və bu prosesdə respublikamız Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndirir. Bu mənada Ursula Fon der Lyayenin ölkəmizə səfərinin əsas siyasi nəticələrindən biri budur ki, Aİ Azərbaycanın yaratdığı reallıqlara dəstək verir. Aİ-nın bu reallıqlarla bağlı mühüm siyasi yanaşmalarından biri də sülhün təmin olunmasında Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini qəbul etməsi və yüksək dəyərləndirməsidir. Ursula Fon der Lyayenin mətbuata bəyanatında “İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik” – deməsi cənab Prezident İlham Əliyevin liderliyi ilə formalaşan sülh gündəliyinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini, Aİ-nın regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasında ölkəmizin aparıcı rolunu qəbul etdiyini bir daha göstərir.

Aİ Cənubi Qafqazın Avropa Xəzər regionu və Mərkəzi Asiya arasında birləşdirici coğrafiya olduğunu bilir. Eyni zamanda, Aİ bu coğrafiyada Azərbaycanın yaratdığı kommunikasiya bağlantılarının Avropa üçün strateji əhəmiyyətini düzgün dəyərləndirir. Ursula Fon der Lyayenin dediyi kimi, Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Ona görə Aİ Azərbaycanla nəqliyyat, enerji və rəqəmsal bağlantı istiqamətində yeni əməkdaşlığa başlamaq istəyir və bu məqsədlə Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığına başlanılmasını təklif edir. Aİ bu əməkdaşlıq çərçivəsində “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyat və enerji sahələrinə, o cümlədən rəqəmsal transformasiyaya 200 milyon avroya qədər qrant şəklində sərmayə yatırmağı nəzərdə tutur.

O da məlumdur ki, Avropa Komissiyasının Azərbaycanla əməkdaşlığa verdiyi önəmə rəğmən Avropa İttifaqının digər strukturu olan Avropa Parlamenti Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirərək, ölkəmizə qarşı davamlı şəkildə böhtan və şantaj xarakterli qətnamələr qəbul edib. Düzdür, bu qətnamələrin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki ölkəmizi öz yolundan dayandırmaq, dövlətimizin siyasi iradəsinə təsir göstərmək mümkün deyil. Bununla belə, Azərbaycan ictimaiyyəti Avropa Parlamentinin respublikamıza qarşı bu münasibətini hiddətlə qarşılayır və təsadüfi deyil ki, bu ilin may ayından Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Milli Məclisin bu əlaqələri dayandırmaq barədə qərarı həm Avropa Parlamentinə, həm də bu qurumun ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələrə görə sevinən antimilli qruplaşmaya, öz dövləti və xalqı əleyhinə fəaliyyətlə məşğul olan ünsürlərə verilən layiqli cavabdır.

Bütövlükdə Ursula Fon der Lyayenin səfəri zamanı səsləndirdiyi fikirlər, əməkdaşlıq barədə təklifləri nümayiş etdirdi ki, Avropa Komissiyası qərəzli siyasi yanaşmalardan uzaqdır. Bu səfər göstərdi ki, Azərbaycanın regional liderliyi Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə daşıyır. Bu münasibətlər qarşıdakı dövrdə enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal bağlantılarla yanaşı, regional sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində də mühüm rol oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu