İsveçdə qiymət endirimlərindən sonra aylıq biletlərə tələbat kəskin şəkildə artıb
Stokholm, 4 iyul, AZƏRTAC
Aylıq ictimai nəqliyyat biletlərinin qiymətinin yarıbayarı endirilməsi qərarının qüvvəyə minməsindən sonra İsveçin ən böyük şəhərlərində satışlarda kəskin artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, iyulun 1-dən etibarən ölkə üzrə 30 günlük biletlərin qiyməti 50 faiz endirilib və ilin sonunadək bu səviyyədə saxlanılacaq. Məsələn, Stokholmda aylıq biletin qiyməti 1060 krondan (110 ABŞ dolları) 530 krona (55 ABŞ dolları) düşüb.
Yeni tariflərin tətbiq olunduğu ilk gündə SL nəqliyyat şirkəti 117 600 aylıq bilet satıb. Göteborqda “Västtrafik” şirkəti ötən ilin eyni həftəsində satılan 22 min biletlə müqayisədə təxminən 35 min bilet satıldığını açıqlayıb. Skone bölgəsində isə yeni qiymətlərin qüvvəyə mindiyi ilk gündə bir il əvvəlki eyni günlə müqayisədə 576 bilet əvəzinə 3 806 30 günlük bilet satılıb.
İsveç hökuməti proqramın həyata keçirilməsi üçün 6,5 milyard İsveç kronu ayırıb. Bir çox sərnişin qiymət endirimini müsbət qarşılayıb. Bununla belə, bəzi vətəndaşlar bu addımı hökumətin seçkiqabağı təşəbbüsü kimi qiymətləndiriblər. Sorğuda iştirak edənlərin əksəriyyəti isə güzəştli tariflərin ilin sonunda başa çatdıqdan sonra da davam etdirilməsini arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]