Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir
Stokholm, 4 iyul, AZƏRTAC
Finlandiya hökuməti xarici işçilərin əmək istismarına qarşı mübarizəni gücləndirməyə yönəlmiş yeni qanun layihəsi hazırlayıb. Sənəd artıq ictimai müzakirəyə çıxarılıb, parlamentdə baxılması isə bu ilin payızına planlaşdırılır. Qanun qəbul ediləcəyi təqdirdə, yeni qaydaların gələn ilin mart ayında qüvvəyə minməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, Finlandiya Miqrasiya Xidməti əmək istismarında şübhəli bilinən işəgötürənlərə yaşayış icazələrinin verilməsindən imtina etmək, eləcə də qanun pozuntusuna yol verən şirkətlər üçün bu icazələri müvəqqəti olaraq dayandırmaq səlahiyyəti əldə edəcək.
Bundan əlavə, işəgötürənlərə xarici işçilərdən işə qəbul haqqı tələb etmək qadağan ediləcək. Bu tələbin pozulması yaşayış icazəsinin verilməsindən imtina üçün əsas kimi qiymətləndiriləcək.
Qanun layihəsi həmçinin mövsümi işçilərlə bağlı qanunvericiliyə texniki dəyişikliklərin edilməsini, eləcə də xarici işçilərin müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Bu çərçivədə əmək hüquqları barədə məlumatların bir neçə dildə təqdim olunması və etik beynəlxalq işə qəbul prinsiplərinin təşviqi kimi tədbirlərin genişləndirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]