Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın inkişaf modeli güclü dövlət, strateji liderlik və yeni geosiyasi reallıqlar fonunda ŞƏRH

Azərbaycanın inkişaf modeli güclü dövlət, strateji liderlik və yeni geosiyasi reallıqlar fonunda  ŞƏRH

Bakı, 4 iyul, AZƏRTAC

Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də siyasi sabitlik, idarəetmənin səmərəliliyi, milli təhlükəsizliyin təmin olunması və cəmiyyətin dövlət institutlarına etimadı ilə qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın daxili sabitliyinin möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, beynəlxalq mövqeyinin gücləndirilməsi və milli maraqların təmin edilməsi istiqamətində yeni inkişaf mərhələsinin formalaşmasına səbəb olub. Son iki onillikdə həyata keçirilən ardıcıl islahatlar ölkənin sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına da imkan yaradıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə apardığı ictimai rəy sorğusu nəticələri dövlətimizin başçısına xalqın inam və etimadının növbəti parlaq ifadəsidir. Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad göstərdiyini təsdiq edir. Əlbəttə, bu rəy sorğusunun nəticələrinin kökündə dərin məna dayanır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Onun sözlərinə görə, son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası, infrastruktur layihələrinin genişləndirilməsi, rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi və sosial müdafiə tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilib. Bütün bunlar vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi ilə yanaşı, dövlət institutlarına olan inamın möhkəmlənməsinə də təsir göstərib. Digər mühüm amil isə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasıdır. Müasir geosiyasi şəraitdə təhlükəsizlik faktoru dövlətlərin inkişafını müəyyən edən əsas göstəricilərdən biri hesab olunur. Azərbaycan son illərdə milli təhlükəsizlik sahəsində həyata keçirdiyi siyasət nəticəsində regionun ən sabit ölkələrindən biri kimi mövqeyini möhkəmləndirib. Daxili sabitliyin qorunması, dövlət institutlarının dayanıqlı fəaliyyəti və milli maraqların ardıcıl müdafiəsi iqtisadi inkişaf üçün də əlverişli zəmin formalaşdırıb. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından biri kimi çıxış edir. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş statusu, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rol və regional əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkənin geosiyasi əhəmiyyətini daha da artırıb. Xəzər hövzəsindən Avropa bazarlarına enerji resurslarının nəqlində Azərbaycanın rolu, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafına verdiyi töhfələr ölkənin strateji əhəmiyyətini gücləndirən amillər sırasındadır.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri qəbul edilən qərarların uzunmüddətli strateji hədəflərə hesablanmasıdır. Dövlət idarəçiliyində praqmatik yanaşma, milli maraqların prioritet kimi müəyyənləşdirilməsi və dəyişən beynəlxalq reallıqlara çevik uyğunlaşma Azərbaycanın regional siyasətdə mövqelərini gücləndirib. Bu yanaşma nəticəsində ölkə yalnız təşəbbüslərə qoşulan deyil, eyni zamanda regional əməkdaşlıq gündəliyini müəyyənləşdirən dövlətlərdən birinə çevrilib.

Son illərin geosiyasi prosesləri göstərir ki, Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda Azərbaycanın mövqeyi daha da möhkəmlənib. Bu gün ölkənin irəli sürdüyü iqtisadi və siyasi təşəbbüslər regionun inkişaf perspektivlərinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli həm regional sabitliyə, həm də beynəlxalq iqtisadi inteqrasiyanın genişlənməsinə töhfə verir.

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas nəticələrindən biri ölkədə güclü dövlət institutlarının formalaşdırılması, davamlı inkişaf modelinin yaradılması və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsidir. MEDİA-nın son ictimai rəy sorğusu da bu proseslərin cəmiyyət tərəfindən necə qiymətləndirildiyini əks etdirən mühüm göstəricilərdəndir.

Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bu amillər dünya ölkələrini də İlham Əliyev faktoru ilə hesablaşmağa təşviq edir. Prezident İlham Əliyevin dünya səviyyəli siyasi xadim olduğunu bir çox ölkələrin liderləri də etiraf edirlər. Dövlətimizin başçısının beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq hüququn aliliyi, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq əməkdaşlığa daim açıq olduğunu nümayiş etdirib. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb. Ötən illər ərzində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm hadisələrdən biri də COP29-a ev sahibliyi etməsi oldu. Qlobal iqlim gündəliyinin ən vacib platformalarından biri hesab olunan bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bu tədbir ölkənin yalnız enerji ixracatçısı deyil, eyni zamanda yaşıl enerji keçidi, iqlim diplomatiyası və dayanıqlı inkişaf istiqamətində fəal iştirakçı olduğunu nümayiş etdirdi. Bununla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə ərazilərinin bərpası sahəsində topladığı təcrübəyə beynəlxalq marağın artdığını göstərdi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın müasir inkişaf modelinin mühüm elementlərindən biri kimi beynəlxalq platformalarda təqdim olundu. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu təkcə iqtisadi potensialı ilə deyil, həm də təşəbbüskar diplomatiyası, etibarlı tərəfdaş imici və milli maraqlara söykənən ardıcıl xarici siyasət kursu ilə xarakterizə olunur.

“Cənab İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən bəyan edirdi ki, Ulu Öndərin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda, deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bəli, Prezident bu taleyüklü vəzifənin də öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi, Qarabağda erməni separatizminin kökünün kəsilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Şanlı Zəfərin qazanılmasında ən başlıca amillərdən biri Lider-Xalq-Ordu birliyi oldu. Bu birlik və həmrəylik nəticəsində Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdı.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli siyasi etika nümunəsi təqdim edib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm daxili idarəetmə, həm iqtisadi inkişaf, həm də xarici siyasət baxımından mühüm mərhələ keçib. Beləliklə, son illərin siyasi, iqtisadi və geosiyasi prosesləri göstərir ki, Azərbaycan yeni inkişaf mərhələsinə yalnız iqtisadi potensialını artırmış dövlət kimi deyil, həm də regional gündəliyə təsir göstərən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində mövqelərini ardıcıl şəkildə gücləndirən aktor kimi daxil olub. Bu inkişaf xətti dövlət idarəçiliyində müəyyən edilmiş strateji prioritetlərin uzunmüddətli perspektivdə də ölkənin inkişafının əsas istiqamətlərindən biri olacağını göstərir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu