Emma Uotson dünyanın ən dəbli qadını seçilmişdir
Bakı, 14 may (AZƏRTAC). “Glamour” jurnalı 21 yaşlı aktrisa Emma Uotsonu dünyanın ən dəbli qadını hesab etmişdir.
AZƏRTAC “Contactmusic” saytına istinadən xəbər verir ki, Emma Uotson ən çox “Harri Potter” filmindəki Qermiona Qreyndjer rolunu canlandırdığına görə məşhurlaşmışdır. O, həmçinin moda sahəsində də çalışır. Məsələn, Emma Uotson 2009-cu ildə “Burberry” reklam kampaniyasının siması seçilmişdir. Daha sonra Uotson “Lancome” fransız şirkəti ilə müqavilə bağlamış, həmçinin öz geyim kolleksiyasını da təqdim etmişdir.
Beləliklə, Emma birinci pillədə yer alan Şeril Koulu geridə qoyaraq, “Glamour” jurnalının tərtib etdiyi 2009-2010-cu illərin siyahısında liderliyi ələ almışdır. Bu dəfə Şeril Koul siyahının ikinci pilləsində qərarlaşmışdır.
Üçüncü yerdə “Alatoran” filmi ilə məşhurlaşan aktrisa Kristen Stüart yer almışdır. Ən dəbli geyinən xanımların siyahısındakı beşliyi müğənni Danni Minouq (Kayli Minouqun bacısı) və model, teleaparıcı Aleksa Çanq tamamlayır.
“Glamour” jurnalı hətta ən zövqsüz geyinən məşhurların siyahısını da tərtib etmişdir. Ötən ildəki kimi siyahıda Keti Prays liderlik edir. İkinci yerdə isə Ledi Qaqa qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]