Energetika naziri və nazir müavinləri Salyan, Gəncə və Hacıqabulda vətəndaşları qəbul edəcəklər
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 18-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.
Energetıka Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 14-də isə Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq. Həmin gün nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi 7) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Salyan və Hacıqabul rayonları üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, tel: (050) 225-34-86, email: “[email protected]”, “[email protected]”), Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: “[email protected]”, “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla