Erməni ekspertlər: Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır
Bakı, 12 fevral, AZƏRTAC
Baş nazir Nikol Paşinyanın iqtisadi inqilab hesab etdiyi yeni dövlət proqramı demək olar ki, heç bir makroiqtisadi hədəflərə malik deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni iqtisadçı ekspertlər 1in xəbər agentliyinə açıqlamalarında bildiriblər. Erməni ekspertlər bildiriblər ki, hökumətin fövqəladə toplantısında qəbul olunan beşillik proqram Ermənistanın sabiq baş naziri Karen Karapetyan hökumətinin təsdiq etdiyi dövlət sənədindən fərqlənmir.
Ekspertlərin fikrincə, 59 səhifəlik yeni proqramda hədəflər müəyyən olunmayıb. Məsələn, immiqrasiya üçün hansı mexanizmlərin təmin ediləcəyi, yoxsulluq və işsizliyi aradan qaldırmaq üçün hansı praktik addımlar atılacağı aydın deyil. Söz verilmiş yeganə makroiqtisadi göstərici ÜDM-in ən azı 5 faiz artımını təmin etməkdir. Bu, heç bir inqilabi göstərici deyil. Belə ki, Karen Karapetyanın kabinetində 2017-ci ildə 7 faizlik iqtisadi fəaliyyət göstəricisi təmin edilib. Yeni proqramda siyasi sistemdə islahatlardan, ədliyyə orqanlarının formalaşmasından heç nə qeyd olunmayıb. Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]