Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni terrorizmi Azərbaycanın və Türkiyənin tarixində qara kabus kimi qanlı iz qoyub

Erməni terrorizmi Azərbaycanın və Türkiyənin tarixində qara kabus kimi qanlı iz qoyub

Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu, son 100 ildə Azərbaycanda baş vermiş qanlı hadisələrin qurbanlarının xatirə günüdür. 1918-ci il martın 30-31-də Bakı kommunasının başçıları şovinist ermənilərlə birlikdə müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törətmişdilər.

Birinci Dünya Müharibəsi Rusiya imperiyasındakı sosial-iqtisadi, siyasi və milli problemləri son həddə çatdırmışdı. 1917-ci ilin fevralında çar hakimiyyətinin nisbətən sürətlə və ağrısız devrilməsi Rusiya cəmiyyətinin praktiki olaraq bütün sahələrində böhranlı vəziyyətin dərinliyi ilə izah edilir. Fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış siyasi şəraitin ən səciyyəvi xüsusiyyəti bu regionda fəaliyyət göstərən üç (gürcü, azərbaycanlı və erməni) milli hərəkatın məqsəd və niyyətlərinin eyni olmaması idi. Bu baxımdan Azərbaycan və erməni milli hərəkatları arasında xüsusilə ciddi fərqlər müşahidə olunurdu. İş burasındadır ki, erməni milli hərəkatına faktiki rəhbərlik edən “Daşnaksutyun” partiyası regionda gələcək erməni muxtariyyətinin hipotetik məkanını müəyyən edərkən Azərbaycanın və Gürcüstanın geniş tarixi torpaqlarını da həmin muxtariyyətin tərkibinə daxil edirdi.

Lakin Azərbaycan və erməni siyasi qüvvələri arasında fərqlər təkcə bununla məhdudlaşmırdı. Məsələn, “Daşnaksutyun” başda olmaqla erməni partiyaları Azərbaycan milli qüvvələrindən fərqli olaraq Müvəqqəti Hökumətin müharibəni qələbəyə qədər davam etdirmək üçün israrlı səylərini qətiyyətlə dəstəkləyirdilər.

Müharibə və sülh məsələsində ermənilərlə azərbaycanlıların bu cür diametral əks mövqe tutması iki xalqın qarşılıqlı münasibətlərində qarşıdurma meyillərinin güclənməsinə şərait yaratmış əsas amillərdən biri oldu.

Erməni terrorizmi Azərbaycanın və Türkiyənin tarixində qara kabus kimi qanlı iz qoyub. Deyə bilərik ki, XX əsr türklərə, türk dilində danışan hər kəsə münasibətdə ermənilərin hədsiz nifrəti və görünməmiş vəhşilikləri ilə yadda qalıb.

Erməni millətçilərin Azərbaycan xalqına qarşı soyqırımı və təcavüz siyasətinin tarixi artıq iki yüz ilə çatıb. Bu qanlı siyasətin məqsədi azərbaycanlıları onların tarixi torpaqlarından qovmaq, “azad edilmiş” ərazidə erməni tarixçi və ideoloqların xəstə təxəyyülünün məhsulu olan “böyük Ermənistan” dövləti yaratmaqdır.

Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev erməni millətçilərinin hərəkətlərinə hərtərəfli siyasi-hüquqi qiymət verən Fərman imzaladı. Bu sənəd azərbaycanlıların bugünkü və gələcək nəsillərinin milli yaddaşının qorunub saxlanması üçün bir növ zəruri proqramdır. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətini ifşa edən bu tarixi Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

Ötən illər ərzində Azərbaycan dövləti soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün böyük işlər görüb. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulub, soyqırımı və terror siyasəti öz əksini tapıb. Sənəddə vurğulanır ki, tarix boyu azərbaycanlılara qarşı qətliamlar həmişə rus-erməni tərəfdaşlığı nəticəsində həyata keçirilib. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək istəyirdi, Ermənistan isə Rusiyanın himayədarlığından istifadə edərək əzəli Azərbaycan torpaqlarını ələ keçirmək və orada “böyük Ermənistan” qurmaq arzusunda idi.

Hələ 1721-ci ildə - Qafqaza yürüş və Azərbaycanın Xəzəryanı ərazilərinin, o cümlədən Bakının işğalı zamanı yerli əhalinin ciddi müqaviməti ilə üzləşən Rusiya imperatoru I Pyotr öz məqsədlərinə nail olmaq üçün ermənilərdən istifadə edirdi. 1724-cü il noyabrın 10-da I Pyotr Xəzəryanı regionlardakı erməni əhalinin satqın nümayəndələrinin Bakıda və Dərbənddə yerləşdirilməsi barədə göstəriş verdi. Fərmana görə erməni ailələrinin birinci dəstəsi Gilan və Mazandaran bölgələrinə, habelə o vaxt rusların əlində olan Bakıya köçürüldü.

II Yekaterina bu siyasəti davam etdirərək 1768-ci ildə ermənilərin imperiya tərəfindən müdafiə olunması barədə fərman imzaladı. 1802-ci ildə isə imperator I Aleksandr Qafqaz canişini knyaz Pavel Sisyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını işğal etmək üçün nəyin bahasına olursa-olsun, ermənilərdən istifadə etmək lazımdır”.

Azərbaycan torpaqlarının işğal tarixi bu dövrdən başlanır. Azərbaycanın iki hissəyə bölünməsi ilə nəticələnmiş Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması prosesini sürətləndirdi. Türkmənçay müqaviləsi imzalanandan dərhal, sonra 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanına əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradıldı. Faktiki olaraq, bu sənədlə Azərbaycan ərazisində gələcək Ermənistanın yaradılmasının təməli qoyuldu (1978-ci ildə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ərazisinə köçürülməsinin 150 illiyi şərəfinə abidə ucaldılıb). O dövrün statistik məlumatlarına görə “erməni vilayəti”nin paytaxtı İrəvan şəhərində 7331 azərbaycanlı və 2369 erməni yaşayırdı. Bununla paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən daha 40 min erməni İrandan İrəvana, Qarabağa və Naxçıvana köçürüldü. 1829-cu və 1878-ci illərin rus-türk müharibələrindən sonra da ermənilərin həmin ərazilərdə məskunlaşdırılması davam etdirildi. Türkiyədən 85 min erməni Azərbaycan torpaqlarına köçürüldü. Bütün bu proseslər azərbaycanlı əhalinin zorla qovulması və qətlə yetirilməsi ilə müşayiət olunurdu.

Bolşeviklər daşnakları öz tərəfinə çəkmək üçün aldadıcı yem kimi V.İ.Lenin və İ.V.Stalin tərəfindən imzalanmış 1917-ci il 29 dekabr tarixli “Türkiyə Ermənistanı haqqında dekret” adlı sənəddən də istifadə edirdilər. Bu dekret rus qoşunları tərəfindən müvəqqəti işğal edilmiş Türkiyə ərazisində erməni muxtariyyəti yaradılmasını nəzərdə tuturdu. Üstəlik, bolşevik rəhbərlər ehtiyatlı tərpənərək bu dekretin həyata keçirilməsini Bakı bolşeviklərinin rəhbəri S.Şaumyana həvalə etdilər. Ona tapşırılmışdı ki, “məzlum erməni xalqının əsrlərboyu gözlədiyi milli ideyanın həyata keçirilməsi üçün” erməni təşkilatlarına hər vasitə ilə kömək göstərilsin.

XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı planlı xarakter aldı. Bu sərsəm ideyanın ideoloqları Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” yaratmaq niyyətinə düşərək “Qnçak” (1887-ci il, Cenevrə), “Daşnaksutyun” (1890-cı il, Tiflis), “Erməni vətənpərvərlər ittifaqı” (1895-ci il, Nyu-York) kimi terror təşkilatları yaradırlar. Bu təşkilatların proqramlarında azərbaycanlılara qarşı terror aktları törətmək barədə göstərişlər var. 1905-1907-ci illərin rus inqilabı terrorçular üçün “geniş imkanlar” yaratdı. Ermənilər qarışıqlıqdan istifadə edərək Bakıda, Şuşada, Zəngəzur qəzasında, Qarabağda kütləvi qırğınlar törətdilər, Azərbaycanın 75 yaşayış məntəqəsini yerlə-yeksan etdilər.

1905-1907-ci illər inqilabından sonra azərbaycanlılara qarşı deportasiya və soyqırımı prosesi gizli surətdə davam etdirildi. O dövrün statistik məlumatları da bu faktı təsdiqləyir. 1916-cı ildə dərc edilmiş məlumatlara görə, İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfərə çatmışdı. Eyni vaxtda quberniyanın azərbaycanlı əhalisinin sayı 4,6 dəfə azalmışdı. Deportasiyalara və sıxışdırmalara baxmayaraq, İrəvan quberniyasında 247 min azərbaycanlı yaşayırdı. Bu, quberniyanın bütün sakinlərinin ümumi sayının 45 faizini təşkil edirdi.

1914-cü ildə başlanmış Birinci Dünya müharibəsi və bunun ardınca 1917-ci il inqilabı Azərbaycana qarşı iddiaları təzələmək üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq əyalətlərinin erməni əhalisi Osmanlı dövlətinə qarşı təhrikçiliyə başladı, türkləri kütləvi şəkildə qırdı və deportasiya etdi. Erməni hərbi dəstələri ilə birlikdə xeyli erməni Türkiyə ərazisindən İrəvan quberniyasına, Zəngəzura və Qarabağa köçdü. Rus ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, sonra isə Qarabağda və Azərbaycanın digər regionlarında dinc sakinlərə divan tutdular.

Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında imzalanmış Ərzurum sazişinə uyğun olaraq, rus qoşunları Qafqaz cəbhəsindəki mövqelərini tərk etdilər və onların yerini erməni silahlı dəstələri tutdu. Ermənilər yaranmış hərc-mərclikdən istifadə edərək azərbaycanlılara qarşı terroru genişləndirdilər. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 Azərbaycan kəndi qarət edilib yandırıldı. Bu ərazilərdə yaşayan 135 min azərbaycanlının bir qismi qırıldı, qalanları isə Türkiyə qoşunlarının nəzarətində olan regionlarda gizlənməyə məcbur oldular.

Dinc əhalinin qırılmasına 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Qafqazın sovetləşdirilməsi siyasətinin həyata keçirilməsi və rus qoşunlarının işğalı altında olan ərazilərdə “böyük Ermənistan” yaradılması üçün Şaumyana fövqəladə səlahiyyətlər verilmişdi. Birinci Dünya müharibəsinin gedişində baş vermiş dəyişikliklər ermənilərin planları üçün olduqca münasib idi. Lakin 1918-ci ilin martında Brest-Litovsk sülh sazişi bağlanandan sonra rus ordusu Qars, Ərdəhan və Batumini tərk etdi, bu regionlar Türkiyənin tabeliyinə keçdi. Türkiyə hökuməti bu vilayətlərin azad olunmasını tələb etdi. İrandan və Türkiyədən qayıtmış rus və erməni qoşunlarının bir qismi Bakıda yerləşdirildi. Şaumyan bu silahlı dəstələrdən azərbaycanlılara qarşı istifadə etməyi qərara aldı. Həmin dövrdə Bakıda az sayda müsəlmanlardan ibarət könüllü hərbi qulluqçu vardı. Yaranmış vəziyyət Şaumyanın öz planlarını həyata keçirməsi üçün yaxşı fürsət oldu. İndi qan tökülməsi üçün bir bəhanə lazım idi. Nəhayət, Şaumyan belə bir bəhanə kimi müsəlman hərbi qulluqçuların Lənkərandakı könüllülərə silah göndərməyi qərara alması faktından istifadə etdi. O, Azərbaycanın cənubundakı bu şəhərə silah və sursat göndərilməsinə mane olmağı əmr etdi. Atışma başlandı, ölənlər və yaralananlar oldu. Şaumyan bundan istifadə edərək rusları və erməniləri azərbaycanlılara qarşı qızışdırdı və Bakıda müsəlman əhalinin tarixdə görünməmiş qırğını başlandı.

Martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirməyə başladılar. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. Üç gün ərzində Bakıda 17 min nəfər öldürüldü. Şaumyanın erməni-bolşevik dəstələri Bakı sakinlərinə 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Daşnaklar və bolşeviklər Təzəpir məscidinə ağır toplardan atəş açdılar. Azğınlaşmış banditlər Bakının möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını yandırdılar. Martın 30-dan aprelin 2-dək təşkil edilmiş qanlı qırğın nəticəsində ermənilər Şamaxıda 8027 azərbaycanlını (o cümlədən 2560 qadını və 1277 uşağı) öldürdülər, 53 müsəlman kəndini tamamilə yandırdılar. Azğınlaşmış daşnaklar Quba qəzasında 162 kəndi məhv etdilər, 16 mindən çox dinc sakini qətlə yetirdilər. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürüldü. Dağlıq Qarabağda 160 Azərbaycan yaşayış məntəqəsi yerlə yeksan edildi, Şuşada qırğın törədildi. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirdilər. 10 mindən çox insan doğma yurdundan qovuldu. Ermənilər təkcə Bakıda 30 minə yaxın sakini xüsusi amansızlıqla öldürdülər.

Şamaxıda 58 kənd dağıdıldı, 7 min dinc sakin (o cümlədən 1653 qadın və 965 uşaq) məhv edildi. Ermənilər Quba ərazisində 122, Yuxarı Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kəndi yerlə-yeksan etdilər, yaş və cinsə məhəl qoymadan minlərlə adam öldürüldü. İrəvan quberniyasının azərbaycanlı əhalisinin çoxsaylı müraciətlərindən birində (müraciət “Əməkçi” qəzetinin 1919-cu il 2 noyabr tarixli 231-ci nömrəsində dərc olunmuşdu) göstərilir ki, qısa müddətdə Azərbaycanın bu tarixi şəhərində və onun ətraf yerlərində 88 kənd dağıdılıb, 1920 adam yandırılıb.

Sovet ideologiyasının hakim olduğu 70 il ərzində mart hadisələri istorioqrafiyada “vətəndaş müharibəsi”, “əksinqilabi qiyam” kimi təqdim edilib, əslində isə xalqımıza qarşı bolşevik-daşnak qüvvələrinin növbəti soyqırımı olub. Qırğının təşkilatçısı S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə göndərdiyi teleqramda yazırdı: “Biz piyada dəstəmizə hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bu gün bizim 6 minlik silahlı qüvvəmiz var. Daşnakların 3-4 min nəfərlik silahlı milli hissələri də bizim ixtiyarımıza keçdi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milllətlərarası qırğın xarakteri verdi. Lakin bunun qarşısını almaq mümkün olmadı. Biz bilərəkdən buna yol verdik. Əgər azərbaycanlılar qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan olunacaqdı”.

Göründüyü kimi, azərbaycanlılara qarşı açıq soyqırımı həyata keçirilib. Ermənilər Azərbaycanı, o cümlədən Bakını özlərinin mülkünə çevirmək niyyətində idilər.

Azərbaycan xalqına uzun illər öz tarixinin faciəvi səhifələri haqqında məlumat verilməyib. Saxta sovet ideoloji göstərişləri və saxtalaşdırılmış tarix həmin illərin hadisələrini tamam başqa şəkildə təqdim edib. Dəhşətli soyqırımı qurbanlarının dəfn olunduğu qəbiristanlığın üstünə beton tökülərək, orada Kirova abidə ucaldıldı, ətrafında park salındı. Bu mənada, on doqquz il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Fərman təkcə tarixi ədalətin bərpa olunması baxımından deyil, həm də xalqımızı öz kökünə, mənəvi-əxlaqi dəyərlərinə qaytarmaq, torpağa, Vətənə bağlılıq baxımından mühüm sənəddir.

Bolşevik-daşnak quldur dəstələri tərəfindən həyata keçirilmiş mart qətliamına ilk obyektiv siyasi qiyməti vermək cəhdi 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini bəyan etdikdən az sonra olub. Bu məqsədlə 1918-ci il iyunun 15-də Azərbaycan hökuməti “Avropa müharibəsi başlanandan bəri bütün Zaqafqaziya hüdudlarında müsəlmanlar üzərində törədilən zorakılığın araşdırılması üçün” Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.

Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı bütün zorakılıq hallarının və onun 1918-ci il mart hadisələrinin gedişində həyata keçirilməsi vəziyyətinin qeydə alınması istiqamətində böyük işlər görüb. Komissiyanın topladığı materiallar əsasında mart faciəsinin təqsirkarlarına qarşı onlarla cinayət işi açılıb.

Təəssüf ki, 1920-ci ilin aprelində Azərbaycanın bolşevik qoşunları tərəfindən işğal edilməsinə gətirib çıxaran və respublikanın dövlət müstəqilliyinə son qoyan hadisələr bu komissiyanın öz işini başa çatdırmasına imkan vermədi. Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklər nəinki Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini dayandırdılar, həm də mart faciəsi dərslərinin Azərbaycan xalqının tarixi yaddaşından silinməsi üçün əllərindən gələni əsirgəmədilər.

Azərbaycan tarixçiləri yalnız SSRİ-nin dağılmasından sonra 1918-ci ilin qanlı mart hadisələrinin səbəblərinin, xarakterinin və nəticələrinin obyektiv tədqiqinə başlamaq imkanı qazandılar.

Tarixi şəraitə görə iki əsr ərzində baş vermiş hadisələrə obyektiv qiymət vermək mümkün olmayıb. Son illər Azərbaycan Respublikası bu istiqamətdə öz fəaliyyətini gücləndirib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı bu işi daha mükəmməl və ardıcıl həyata keçirməyə imkan yaradır. Bu sənəd çox illər əvvəl baş vermiş hadisələr haqqında həqiqəti açıqlayır və xalqın tarixi yaddaşını təzələyir. Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ilin mart hadisələrinin növbəti ildönümü ilə əlaqədar xalqa müraciətində vurğulayıb: “Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir”.

Bu baxımdan Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin Forumu aktual məna daşıyır. Həmin tədbirin yekunları gələcəkdə erməni lobbisinin qarşısında güclü sərhədlər qoymağın və qəti təbliğat hücumuna keçməyin mümkün olacağına ümid etməyə əsas verir.

Azərbaycan rəhbərliyinin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti sayəsində azərbaycanlılar qarşıya qoyulan məqsədə, o cümlədən ərazi bütövlüyü və suverenliyin bərpasına, əsrlərboyu əsl soyqırımını həyata keçirənləri, insanlar və xalqlar arasında nifrət və düşmənçiliyi təbliğ edənləri ifşa etməyə nail olacaqlar.

 

Arif Quliyev

hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin

beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi,

Ukrayna Elmlər Akademiyasının akademiki, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,

“Ukrayna Azərbaycanlıların Elmi Şurası” İctimai təşkilatının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir