Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ERMƏNİLƏR İŞĞAL ETDİKLƏRİ AZƏRBAYCAN TORPAQLARINDAKI TARİXİ-MƏDƏNİ ABİDƏLƏRİ, TƏBİİ SƏRVƏTLƏRİ TALAYIB MƏHV ETMƏKLƏ DÜNYA MƏDƏNİ İRSİNƏ VƏ TƏBİƏTİNƏ ZƏRBƏ VURURLAR

Bakı, 15 may (AZƏRTAC). Artıq neçə ildir ki, Ermənistanın Azərbaycana təcavüzü davam edir. Torpaqlarımızın 20 faizi işğal altındadır, əhalisinin isə təxminən 13 faizi qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Amma ermənilərin işğalçılıq siyasəti bununla bitmir. Azərbaycanın torpaqlarını işğal etdikdən sonra onun sərvətlərini talayan ermənilər bununla da kifayətlənməyib mədəni -tarixi abidələrimizi, təbiətin ağ ciyəri hesab olunan meşələrimizi də məhv edirlər. İşğal faktı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 90-cı illərdə 4, 2009-cu ildə 1 qətnamə qəbul etmişdir. Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlar da münaqişə ilə bağlı xüsusi qərarlar qəbul etmişlər. Bununla yanaşı Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səyi nəticəsində Almaniya və İtaliya kimi nüfuzlu dövlətlərin parlamentləri də işğal faktını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etmişlər. Amma hələ də ermənilər bu qərarlara, sənədlərə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirirlər, özü də dünya ictimaiyyətinin gözü qarşısında.

Ermənilərin işğalçılıq siyasəti təkcə torpaqlarımızı zəbt etməklə bitmir. Ermənilər nəinki təbii sərvətlərimizi talayır, həm də təbiətin özünü məhv edirlər. Bunu ötən illər yandırılan meşələrin, qurudulan çayların, göllərin timsalında görmək mümkündür. Ermənilər işğal etdikləri bütün ərazilərimizdə - Laçın, Şuşa, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzulidəki qədim tarixi-mədəniyyət abidlərini dağıdıb viran qoymuşlar. Bu yaxınlarda BMT tarixi abidələrin daha səmərəli mühafizəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət etmiş, münaqişə ocaqlarında olan tarixi abidələrin dağıdılmamasını tələb etmişdir. Çox qəribədir ki, dünya ictimaiyyətinə müraciət edən, sərt tələblərlə çıxış edən BMT bəs niyə ikili standartlara yol verir?

Baxın, Xocalıda eramızdan əvvəl VIII-VII əsrə aid Xocalı qəbiristanlığı, rayonun Meşəli kəndi ərazisində müqəddəs ziyarətgah “Seyid qəbri”, albanlara aid “Yeddi kilsə” ermənilər tərəfindən yerlə yeksan edilmişdir. Kəlbəcər çox zəngin flora və faunası olan gözəl təbiət muzeyidir. Rayonun Ayıçınqıl və Pəriçınqıl dağlarının qayalarındakı təsvirlər eramızdan əvvəl III minilliyə təsadüf edir. Ağdamda XII əsrə aid gümbəz, Cəbrayılda XIV əsrə aid Dairəvi Türbə, Qubadlıda “Gavur dərəsi”ndəki IV əsrə aid ibadətgah, V əsrin yadigarı “Qalalı” və “Göyqala” abidələri, Zəngilanda Məmmədbəyli Türbəsi, Hacallı dairəvi bürcü və daha neçə-neçə belə abidələrimiz tarixi mədəniyyət inciləridir. Bu abidələrin tədqiqi bəşər tarixi barədə çox zəngin məlumatları üzə çıxarır. Amma həmin dövrlərdə ermənilərin bu ərazilərdə heç iyi-tozu belə yox idi. BMT və digər beynəlxalq qurumlar bunları bilməlidirlər.

Bir fakta nəzər salaq. Bu günlərdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) “Biomüxtəliflik” adlı hesabatında iqlim dəyişikliyinin, meşə yanğınlarının və quraqlıqların çoxalmasının Yer kürəsinin gələcəyi üçün təhlükəli vəziyyət yaratdığı barədə həyəcan təbili çalmışdır. Hesabatda planetin ağciyəri hesab olunan Amazon meşələrinin 2100-cü ildə yox olacağı, onun yerində savanna bitki örtüyünün yaranacağı bildirilir.

Bundan başqa, hesabatda, Afrika qitəsinin Qırmızı dənizə qədər uzanan 3.862 kilometrlik sahil zolağının da təhlükə qarşısında olduğu vurğulanmışdır.

Amazon və sahil zolağı ilə birlikdə planetdəki adaların, dənizlərin və şirin su mənbələrinin də təhlükə ilə üz-üzə qaldığı bildirilir.

Hesabatda, mühafizə altında olan bölgələrdə yaşayan heyvanların və bitki örtüyünün də heyvanların hücumu, xəstəlik və insanlar tərəfindən məhv edilməyə qarşı müdafiəsiz olduğu bildirilir.

UNEP-in həyəcan təbili həqiqətən də narahatlıq yaradır. Amma yenə də Azərbaycan yada salınmamışdır. İşğal altında olan ərazilərimizdəki meşələr qırılır, yandırılır, yaşıl vadilər səhralara çevrilir, buna məhəl qoyan yoxdur.

Bu bir faktdır ki, Füzuli rayonunun ərazisindəki Azıx mağarası bəşər tarixi üçün mühüm əhəmiyyət kəsb edən elm mənbəyidir. Aşağı Paleolit dövrünə aid edilən və nadir mağaralardan biri olan Azıx mağarası qədim insanların formalaşdığı mənbə kimi keçmiş SSRİ-də birinci, dünyada isə üçüncü tapıntıdır. Bu gün işğal altında olan bu mağaradan ermənilər silah anbarı kimi istifadə edirlər və onun hər zaman tamamilə məhv olmaq, dağılmaq təhlükəsi vardır. Bəs niyə BMT, digər beynəlxalq təşkilatlar Ermənistana təsir göstərə bilmirlər?! Bəlkə göstərmək istəmirlər.

Zəngilan rayonu ərazisindəki Bəsitçay meşəsinin ümumi sahəsi 117 hektar idi. Bu təbii çinar meşəsi iqliminin saflığına, başqa bitkilərlə müqayisədə daha çox oksigen yaratmasına görə Amazon meşələrinə bərabər idi. Çünki, adi havada azotun miqdarı 78 faiz, oksigen isə 21 faiz olduğu halda, bu meşələrdə oksigenin miqdarı 30 faiz, bəzən isə daha çox olurdu. Bir dəfə “Vokruq sveta” jurnalında Bəsitçay meşəsi barədə maraqlı bir fakt açıqlanmışdı. Bildirilirdi ki, Amazon meşələrində olduğu kimi, Bəsitçay meşəsində də oksigen çoxdur. Meşədə adamı yuxu tutur. Yağış yağanda, xüsusən də şimşək çaxanda burada oksigen daha da çoxalırdı. Sovet alimləri bu meşənin ərazisini artırmağı planlaşdırırdılar.

Amma çox təəssüf ki, indi Bəsitçay meşəsindən əsər-əlamət yoxdur. Burada çox nadir təbii çinar ağacları var idi. 1974-cü ildə keçmiş SSRİ-nin alimləri onun əhəmiyyətini bilib ərazidə dövlət qoruğu yaratmışdılar. Amma ermənilər bu nadir təbii çinar meşəsini də tamamilə məhv etmişlər. Bəzən bu vəhşiliyi müharibənin qanunları ilə ört-basdır etməyə çalışırlar. Amma bu yolverilməzdir. Belə bir atalar misalı var: “Keçmişini unudan gələcəyini itirər”.

Bir dəfə Makedoniyalı İsgəndər böyük filosof alim Diogenin yanından keçəndə soruşur. Bu dünya kimindir?

Diogen başını qaldırmadan deyir: “Yaradanın. Amma onu nə sən, nə də başqa birisi ya qura, ya da məhv edə bilməz. Yalnız gələcək nəsil onu daha da gözəlləşdirə bilər”.

Bu misalı təsadüfdən çəkmədim. Bu yaxınlarda Avropa Gənclər Forumunun nümayəndə heyəti Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəvəti ilə Bakıda səfərdə olmuşdur. Onlar təkcə Azərbaycanda deyil başqa ölkələrdə, eləcə də Ermənistanda olmuş və gənc həmkarları ilə əlaqələr qurmuşlar. Bunu xatırlamaqda məqsədim nədir? Məncə indiki siyasətçilər ya bilərəkdən, ya da düşdükləri çətin vəziyyət üzündən dünyanı məhvə aparan hadisələrə, fəlakətlərə son qoya bilmirlər. Amma gənclər bunu edə bilərlər. Ona görə ki, zaman dəyişdikcə hadisələrə baxış da dəyişir. Bu da çox vaxt inkişafla nəticələnir. İnanıram ki, indiki gənclik bunu bacaracaqlar.

Bu gün dünya əhalisinin yarıdan çoxu içməli su tapa bilmir, meşələr quruyur, tarix yaddaşlardan silinir, mədəniyyətlər məhv olur. Azərbaycanda bunun qarşısının alınması, meşələrin, içməli su hövzələrinin bərpası istiqamətində, eləcə də mədəniyyətlərin və sivilizasiyaların vəhdəti istiqamətində ciddi addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq konfrans, İKT Gənclər Forumunun təşəbbüsü ilə keçirilən görüşlər, dinlərarası sammit və s. tədbirlər buna parlaq misaldır. Azərbaycan bununla, eləcə də yadda qalan digər tədbirləri ilə sülhsevər, mədəni, tarixini bilən və başqa dillərə, dinlərə, mədəniyyətlərə hörmət etməyi bacaran dövlət olduğunu dünyaya sübut edir. Amma Ermənistan hələ də kimlərinsə əlində alət olaraq qalır, bununla da özünü və gələcəyini məhv edir. Təəssüf ki, ermənilər bununla həm də ətraf mühitə böyük ziyan vururlar. Afrika, Amazon meşələri təbii fəlakətdən, qlobal istiləşmədən məhv olur, ermənilər isə Cənubi Qafqazı talayıb viran qoyurlar. Azərbaycan torpaqlarındakı təbii sərvətlər, tarixi - mədəni abidələr müharibə adı altında məhv edilir. Dünya buna hələ ki, göz yumur. Heç olmasa gənclik göz yummasın.

Xətayi Əzizov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahdan Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

® “Kapital Bank”ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olub

TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılılıb

Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədbirlərindən danışılıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“Əsrə bərabər gün” tamaşasına baxış

Xarkov yaxınlığında istirahət mərkəzinə endirilən zərbə nəticəsində azı 7 nəfər həlak olub

Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşdirilib

Dual peşə təhsil proqramının monitorinqi davam etdirilir

İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb

Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub

® ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb!

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb

AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb

Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur

Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

“Azexport” Naxçıvanda sahibkarlarla görüş keçirib

“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub

Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

İki ölkənin səmasında parlaq kometa işığı müşahidə edilib

Culian Assanj ABŞ-a ekstradisiyasına qarşı məhkəmə iddiasında qələbə qazanıb

Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb

Livanda üçgünlük matəm elan edilib

DİM: Xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır

Kasım-Jomart Tokayev: Qazaxıstan Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO

“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Gender bərabərliyinin qorunmasına hansı dövlət qurumlarında və siyasi partiyada əməl olunub?

Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

Sumqayıtda sənayenin alternativ enerjidən istifadəyə keçidi və kadr hazırlığı mövzusunda tədbir keçirilib

DSMF: Bu ilin dörd ayında daxilolmalarda 157,4 milyon manat artım qeydə alınıb

Ötən il yeni doğulmuş oğlan və qızlar arasındakı fərqdə azalma müşahidə olunub

Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq

Arılara futbol oynamağı necə öyrətdilər?

Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var

LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır

Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar

Ötən il hüquq mühafizə orqanlarında çalışan qadınların sayında artım olub

XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

® Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Xankəndiyə prokuror təyin edilib

Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir

Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib

Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib

Fərid Şəfiyev: Qarabağ müharibəsindən sonra Türkiyə ilə əməkdaşlıq təhsil sahəsində də inkişaf edib

AZPROMO: Azərbaycan və Tacikistanın iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir

Bakı Dövlət Universitetində “Könüllülük həftəsi” keçirilir

Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək

Mikrobioloq alimlərin məqaləsi “Scopus”da indekslənən jurnalda dərc olunub

Bu il BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir

Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir

Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq

İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər VİDEO

Qarabağ və Dilboz atlarının genom analizi aparılacaq

Gürcüstan parlamentinin sədri avropalı deputatları sərt tənqid edib

“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb

Kata üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub