Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan rəhbərliyinin siyasi təşvişi: Azərbaycan Prezidenti qarşısında acizlik

Ermənistan rəhbərliyinin siyasi təşvişi: Azərbaycan Prezidenti qarşısında acizlik

Son günlər bəzi Qərb dairələrinin Azərbaycana qarşı təbliğat fəallığını artırması region ölkələrinə də təsirsiz ötüşməyib. Azərbaycanın sadiq dostları bunlara heç bir fikir vermir. Türkiyə, Gürcüstan, Rusiya və İran Bakı ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olaraq qalmaqdadırlar. Ermənistan siyasi, analitik və ekspert dairələri isə növbəti dəfə qərəzli və böhtançı olduqlarını nümayiş etdirdilər. Təcavüzkar ölkənin mətbuatında Azərbaycanla bağlı həm bir-birinə zidd olan, həm də yalan, qərəzlə dolu, əsassız informasiyalar yayılır. Hiss olunur ki, erməni rəhbərliyi Azərbaycan Prezidentinin çox səmərəli siyasətinin qarşısında aciz duruma düşüb. Onların bütün arqumentləri və ümidləri puç olub. Dağlıq Qarabağ məsələsində də məğlubiyyət yaxınlaşır. Bu səbəbdən erməni ekspertlər və siyasətçilər absurd fikirlər ortaya atırlar. Onlar Azərbaycan Prezidenti və ailəsi ilə bağlı çox əsassız şeylərdən bəhs edirlər. Bütün bunlar sözsüz ki, regionun geosiyasi vəziyyətinə təsir edir. Buna görə də bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Uğursuz siyasi kurs: Ermənistan cəmiyyəti ağır bədəllər ödəyir

Rəsmi İrəvan sözün həqiqi mənasında sağlam düşüncə və normal siyasi məntiqi tamamilə itirib. Xarici və daxili siyasətdəki daimi uğursuzluqlar onları reallıqdan çox uzaqlaşdırıb. İndi erməni analitik, ekspert, siyasətçilər və mütəxəssislər ən absurd bəhanələrlə Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onların dövri nəşrlərində dərc edilən "analizlərə" baxırsan və ümumiyyətlə, "insan" anlayışına yazığın gəlir - bu dərəcədə savadsızlıq, qərəz, böhtan və mənəviyyatsızlıq bir yerə cəmləşə bilərmiş!

Hamı bilir ki, Azərbaycana qarşı Qərbdə və Şərqdə müəyyən dairələr mütəmadi olaraq informasiya savaşı aparır. Onlar müxtəlif faktları təhrif edib, kontekstdən fikirləri çıxararaq, ölkəni pisləməklə məşğuldurlar. Hamısının isə məqsədi birdir - Azərbaycan müstəqil siyasəti ilə getdikcə daha da güclənir və beynəlxalq aləmdə geosiyasi nüfuzunu durmadan artırır. Bunları konkret faktlar sübut edir.

Sirr deyil ki, Azərbaycan rəhbərliyi həm sosial-iqtisadi, idarəetmə sferalarında, həm də müdafiə imkanlarını gücləndirmək istiqamətində ciddi addımlar atır. Ölkə Prezidentinin həyata keçirdiyi islahatlar proqramı, beynəlxalq enerji və nəqliyyat layihələri, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna xidmət edən tədbirlər dünya liderləri tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan "Yeni İpək Yolu" layihəsində aktiv iştirak etməkdədir, Qərb-Şərq nəqliyyat-logistika qovşağı kimi fəaliyyətdədir, "Cənub qaz dəhlizi" proyektini uğurla həyata keçirir, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində ciddi iş aparır. Bütün bunlarla yanaşı, dövlət başçısı beynəlxalq tədbirlərdə çox dərin və maraqlı nitqlər söyləyir, təşəbbüslər irəli sürür.

Bunların fonunda Ermənistan rəhbərliyi, siyasi elitası, analitik-ekspert dairələri çox cılız və zavallı təsir bağışlayırlar. Çünki Ermənistan siyasi rəhbərliyi faktiki olaraq heç bir əhəmiyyətli addım ata bilmir. Serj Sarkisyan beynəlxalq tədbirlərdə şikayət və yalvarışdan, Azərbaycana qarşı əsassız danışmaqdan başqa nə edib? Onu bir sıra erməni analitiklərin özləri də tənqid edərək, heç bir faydalı əməl sahibi olmadığını bildirirlər. Təbii ki, belə bir vəziyyətdə ermənilər üçün Azərbaycanın uğurlarına kölgə salmaq, ona qarşı böhtan kampaniyası aparmaqdan başqa bir şey qalmır.

Budur, Ermənistanda Azərbaycan rəhbərliyinə qarşı Avropanın bəzi dairələrinin başladığı böhtan kampaniyası "hurrey"lə qarşılanıb. İndi bir sıra üzdəniraq erməni "analitik və ekspert"in əsas teoremi Azərbaycan rəhbərliyini qaralamaqdan ibarətdir. Bunun üçün bəzi hallarda elə absurd və dolaşıq yazırlar ki, onların neçə sinif oxuduqları haqqında düşünməli olursan. Məsələn, eyni faktdan bir-birinə tamamilə zidd olan iki fikrin hər birinin doğruluğunu "sübut etmək üçün" istifadə edirlər.

Bir məqam aydınca hiss edilir. Ermənistan Azərbaycan Prezidentinin yeritdiyi siyasətdən çox qorxur. Ona əyan olur ki, Dağlıq Qarabağ münaqişəsində uğur əldə etmək şansı yoxdur. Bütün arqumentlər münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək şərti ilə həll edilməli olduğuna dəlalət edir. Bu reallığı erməni siyasətçilər dərk etdikcə özlərindən çıxırlar. Başlayırlar gah Rusiyanı, gah Qərbi, gah da Azərbaycanı qaralamağa.

Diqqət edirik, Ermənistan KİV-i, Rusiyada ermənilərin təsiri altında olan bəzi mətbuat orqanları eyni ssenari üzrə böhtan kampaniyası aparırlar. Bədnam Stanislav Tarasovun "Regnum"dakı "analizləri"nin ana xətti Ermənistanda fəaliyyət göstərən bir sıra nəşrlərdə dərc edilən "analitik yazılar"ın dəst-xəttindən heç nə ilə fərqlənmir. Son zamanlar onların hamısının Azərbaycan rəhbərliyinin fəaliyyətinə qondarma arqumentlərlə yanaşmaları dəbə minib. Bu kontekstdə ermənilərin Qərbin ayağına yazmağa çalışdığı bir məqamı da vurğulamaq yerinə düşərdi.

Uduzulmuş oyun: rəsmi İrəvan məntiqini itirib

Məsələ ondan ibarətdir ki, Ermənistan təbliğat maşını Dağlıq Qarabağ məsələsində Qərbin sırf antiazərbaycan mövqeyi tutduğunu iddia kimi ortaya atır. Guya Azərbaycanı yalnız Rusiya müdafiə edir ("Azərbaycan Rusiyanın müttəfiqidir") və məhz Moskva Qərbə imkan vermir ki, "dqr"in müstəqilliyini tanısın. İndi də ABŞ və Avropa nəinki Dağlıq Qarabağ, hətta Naxçıvan məsələsində belə Ermənistanı müdafiə etməyə hazırdır.

Şübhəsiz ki, geosiyasi proseslərlə az-çox tanışlığı olan insanlar üçün burada primitiv erməni təbliğat hiyləgərliyini görmək çətin deyil. Konkret olaraq, ermənilər ən yaxın müttəfiqləri və tam asılı olduqları Rusiyanı Azərbaycana yaxın kimi göstərməyə çalışırlar. Yəni Bakını Qərblə əlaqələri kəsib, Rusiyaya sığınmağa təhrik etməyə cəhd göstərirlər. Məsələnin başqa tərəfi də Ermənistanın daxili ideoloji tələbatını ödəməklə bağlıdır. Belə ki, Ermənistanda bir sıra dairələr Qərbi erməniləri tam dəstəkləyən qüvvə olaraq göstərməklə cəmiyyətdə oraya meyili artırmağa çalışırlar. Bunda maraqlı olanlar Qərbdə "rəngli inqilablar" aludəçiləridir. Eyni zamanda, islamofobiya xəstəliyinə düçar olan dairələrdir.

Bununla ermənilər Qərbin gözündə Azərbaycanın geosiyasi olaraq tərəddüd edən, qətiyyətli mövqe tutmayan ölkə obrazını yaratmağa çalışırlar. Təsadüfi deyil ki, bu kimi məqamlarda erməni separatçıları ilə Corc Soros kimilərin arqumentləri üst-üstə düşür. Paralel olaraq, rəsmi İrəvan özünün Rusiyadan tam asılı olduğunu ört-basdır etməklə müstəqil hərəkət etdiyini göstərməyə cəhdlər göstərir. Guya Kreml İrəvana hakim deyil, Ermənistan Rusiyanın forpostu deyil. Guya Ermənistan müstəqil müdafiə və enerji siyasəti yeridə bilər. Doğrudur, bəzən erməni ekspertlər bu məsələdə o dərəcədə ağılsızlaşırlar ki, Ermənistan ordusunun hətta Rusiya hərbi qüvvələrinə sinə gərdiyini yazırlar. Özü də ruslar Azərbaycan Ordusu ilə birlikdə Ermənistan silahlı qüvvələrinin müqavimətini qıra bilmirlərmiş!

Təsəvvür edin, bu cür cəfəng, gülünc və uşağın belə inanmadığı fikirlər ortaya atırlar. Məlum aprel döyüşlərində Azərbaycan əsgərinin qabağından dovşan kimi qaçan erməni əsgərini yenə Kreml xilas etmədimi? Bu barədə birbaşa, ya dolayısı müxtəlif səviyyələrdə informasiyalar yayılıb. Burada düşündürən odur ki, erməni ekspert və analitiklərin siyasi şüuru tamamilə inkişafdan qalıb. Ermənistanda hələ də XIX əsrin informasiya qaydaları ilə hərəkət edirlər - sanki onlardan başqa kimsənin real baş verənlərdən xəbərləri yoxdur. Məsələn, dünya bilir ki, BMT-nin Nizamnaməsində aydın və konkret yazılıb ki, təşkilata üzv olan dövlətlərdən hansınınsa ərazisinə təcavüz olarsa, həmin dövlətin müdafiə haqqı təbiidir. Üstəlik, BMT-nin digər üzvləri də təcavüz qurbanına yardım edə bilər və etməlidirlər.

O başqa məsələdir ki, hələlik bir sıra böyük dövlətlər BMT Nizamnaməsi və ədalət prinsipinə görə deyil, havadarlıq xislətinə uyğun hərəkət edirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən çox təcavüzkarı qorumaqla məşğuldurlar. Lakin hər bir haqsızlığın bir bədəli vardır - indi həmin dövlətlərin özlərində analoji problemlər meydana gəlməkdədir.

Bundan başqa, Ermənistan siyasi dairələri dünyanın adi reallığı görmədiyini sanaraq, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək cəhdlərini "aqressiya", "demokratiyanın pozulması", "insan haqlarının tapdalanması" kimi qələmə verməyə çalışırlar. Və nə qədər ki, bu kimi cəfəngiyatdan bəhs edirlər, dünya ictimaiyyəti onlara güləcək və həm də qlobal problemlər həllini tapmayacaq.

İndi Azərbaycan Prezidenti və onun ailəsi ilə bağlı məlum dairələrin saxta, yalançı, böhtançı davranışları erməniləri yenə xülyalara qərq edib. Heç bir etiketə sığmayan ifadələr işlədir, böyük günah yiyələri olurlar. Ancaq bütün bu çirkabdan bir həqiqət özünü göstərməkdədir - İlham Əliyevin qətiyyətli, güclü, praqmatik, uzaqgörən və milli meyarlara dayanan siyasəti düşməni tamamilə pərən-pərən salıb. İrəvan nə edəcəyini bilmir. İlham Əliyevin timsalında Azərbaycanın yenilməz rəhbərliyə malik olduğunu dərindən anlamağa başlayıblar. Bütün çılğınlıqları və məntiqsiz davranışları bununla bağlıdır. Ancaq, necə deyərlər, suda boğulanın özü xilas ola bilər. İlham Əliyev isə seçdiyi kursdan qətiyyən dönməyəcək!!!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlian Helmi: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib