ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-da saat 12.20-dən 12.40-dək, 22.00-dan 22.20-dək və iyulun 17-də saat 6.00-dan 6.15-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 18.15-dən 21.05-dək, 22.30-dan 22.40-dək və iyulun 17-də saat 6.15-dən 6.35-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 6.40-dan 6.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]