ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 17-də saat 10.30-dan 11.00-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.20-dən 21.45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.20-dən 21.25-dək və iyulun 18-də saat 1.30-dan 1.35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.10-dan 22.33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.30-dan 23.40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.35-dən 23.50-dək və iyulun 18-də saat 00.30-dan 00.40-dək, 1.50-dən 2.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]