Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan törətdiyi hərbi təxribatları Azərbaycanın adına yazmağa çalışır - ŞƏRH

Ermənistan törətdiyi hərbi təxribatları Azərbaycanın adına yazmağa çalışır -  ŞƏRH

Bakı, 9 sentyabr, AZƏRTAC

Son aylar ərzində zəncirvari formada baş verən təxribatların müqayisəli təhlili deməyə əsas yaradır ki, Ermənistan xarici havadarlarının dəstəyinə söykənərək, 44 günlük Vətən müharibəsində itirdiklərinə görə qisas almaq niyyətinə düşüb. İşğalçı dövlət bu istəklərini reallaşdırmaq üçün böyük bir təxribat planı hazırlayıb. Həmçinin Ermənistan real döyüş meydanında Azərbaycanla qarşılaşmaqdan qorxduğu üçün öz istəklərini təxribatlar formasında realizə etməyə çalışır. Ermənistan Silahlı Qüvvələrinin qoşun hissələrinin Azərbaycanla delimitasiya olunmamış dövlət sərhədində, Qarabağ bölgəsinə yaxın ərazilərdə, həmçinin Naxçıvan Muxtar Respublikası istiqamətində cəmləşdirilməsi də bu ölkənin hərbi təxribatlara əsaslanan planının tərkib hissəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

“Nəzərə almaq lazımdır ki, müasir müharibələr hibrid və ya asimmetrik modeldə həyata keçirilir. Yəni, müharibələr döyüş meydanları ilə yanaşı, həm də diplomatiya və informasiya savaşı formasında reallaşdırılır. Ermənistanın diplomatik platformalarda və informasiya savaşı müstəvisində Azərbaycana qarşı həyata keçirdiyi destruktiv siyasətini onun sərhəd xəttində törətdiyi hərbi təxribatları ilə uzlaşdırsaq görərik ki, hazırda bu dövlət Azərbaycana qarşı tammiqyaslı asimmetrik müharibə aparır. Belə ki, bu prosesdə Ermənistanın hiyləgər, riyakar davranışlarının elementləri görünür. Onlar öz təxribatları ilə Azərbaycanı hərbi əməliyyatlara sövq edir. Yəni, Azərbaycanı öz sərhədlərini qorumaq üçün hansısa cavab addımları atmaq məcburiyyətində qoyur, yekunda isə Ermənistan sərhəddə yaşanan təxribatları dövlətimizin adına yazmağa çalışır. Eyni zamanda, təsir dairələrində olan transmilli KİV-lərdən faydalanaraq, mövzu üzrə yalançı, uydurma informasiyalar yayırlar. Beynəlxalq ictimaiyyəti inandırmaq istəyirlər ki, yeni müharibə təşəbbüsü Azərbaycandan qaynaqlanır.

“Erməni şəbəkəsi”nin Laçın-Xankəndi yolu üzərində qurduqları oyunlar da bu planın tərkib hissəsidir. Onlar Laçın yoluna dəhliz statusu verilməsini, Ermənistanın bu yolda sərbəst hərəkət imkanları qazanmasını, bölgədəki separatçılarla vasitəsiz kommunikasiya qurulmasını istəyirlər. Bunun üçün ermənilər cari ilin iyul-avqust ayları ərzində təkidli tələblərlə çıxış etdilər. Öz hərəkətlərinə bəraət qazandırmaq üçün Qarabağ regionunda “humanitar böhran” yaşanması barədə yalançı iddialar irəli sürərək qlobal kampaniya həyata keçirdilər. Beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya yönəltmək üçün iyulun 27-də “Qarabağa humanitar yük daşımaq” adı altında 19 maşınından ibarət karvanı “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinə göndərdilər. Avqustun 16-da isə “Laçın dəhlizi” mövzusunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardılar, Azərbaycana qarşı sanksiyalar tətbiq etdirməyə çalışdılar. Buna baxmayaraq, Azərbaycan faktlarla sübut etdi ki, Qarabağ regionunda hər hansı humanitar böhran yaşanmır. Laçında süni yaradılmış gərginlik isə bu məntəqənin 2023-cü il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması, Azərbaycan əsgərinin yaralanması ilə bağlı olub. Yəni, məsələnin kökündə Ermənistanın təxribatçı və təhrikçi hərəkətləri dayanır”, - deyə ekspert qeyd edib.

O bildirib ki, Ermənistanın hiyləgərlik və riyakarlıq üzərində qurulmuş “qisas planı”nın daha bir elementini ölkənin baş naziri Nikol Paşinyan üzə çıxardı. Belə ki, sentyabrın 2-də Ermənistanda qondarma “Artsax Respublikasının müstəqilliyinin 32 illiyi”nin qeyd edilməsinə təşəbbüs göstərildi. Qondarma “Artsax Respublikası”na “Müstəqillik günü təbriki” göndərənlər sırasında Ermənistanın baş naziri Nikol Paşinyan da var idi. Hansı ki, iyulun 25-də açıqlama verib Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisi daxilində Qarabağ regionunu da tanıdığını deyən Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də qondarma “DQR xalqını” müstəqillik günü münasibətilə təbrik etməsi onların paradoksal davranışlarını ifşa etmiş oldu. O, bu davranışla guya sülh danışıqları prosesinə töhfə verdiyini göstərməyə çalışmışdı. Nəticə olaraq bu qənaət yaranır ki, Ermənistan təmsilçiləri beynəlxalq ictimaiyyətə sülhlə bağlı bir söz deyirlər, gerçəklikdə isə fərqli davranırlar.

Bu faktlara əsaslanıb demək olar ki, son aylar ərzində Ermənistanla Azərbaycan arasında gərginliyin və sərhəddə təxribatçı əməllərin artmasının, sülh danışıqlarının pozulmasının səbəbkarı Ermənistandır. Onlar 44 günlük Vətən müharibəsində itirdiklərinə görə qisas almaq məqsədilə təxribatlar törədirlər. Amma məsuliyyəti Azərbaycanın üzərinə atmaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Azərbaycan isə öz məntiqli hərəkətləri ilə həm düşmənin təxribatçı əməllərinə layiqli cavab verir, həm də ermənilərin hiyləgər simasını ifşa edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır