ERMƏNİSTANIN AŞPA-NIN QƏTNAMƏSİNİ YERİNƏ YETİRMƏMƏSİ BEYNƏLXALQ TƏŞKİLATLARI ÇOX CİDDİ NARAHAT EDİR
Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsini tam yerinə yetirməmişdir.
AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Ermənistanda səfərdə olan AŞPA-nın insan hüquqları üzrə komissarı Tomas Hammerberq çıxış etmişdir.
Yerevana səfərinin nəticələrindən narazı qalan Hammerberq bu ölkədə siyasi gərginliyin hələ də davam etməsindən narahatlığını bildirmiş və demişdir ki, Ermənistanda müxalifət fəallarına oxunan heç bir hökm polis ifadələrinə əsaslanmamalıdır. Ermənistanın siyasi səhnəsində fəallıq göstərənlərin həbsi yolverilməzdir. Bunlar, eləcə də bəzi siyasi şəxslərin 4 aydan artıq qanunsuz olaraq həbsdə saxlanılması, onların həbsdə qalma müddətinin müxtəlif bəhanələrlə uzadılması, eyni zamanda, həbsdə olanların işlərinə xitam verilməsi üçün məhkəməyə göndərilməməsi Avropa Şurasını, eləcə də insan hüquqları ilə məşğul olan digər beynəlxalq qurumları çox ciddi narahat edir.
Qeyd edək ki, AŞPA-nın yaz sessiyasında Ermənistandakı vəziyyətlə bağlı qətnamə qəbul edilmişdi. AŞPA Ermənistan rəhbərliyindən qətnamənin dərhal yerinə yetirilməsini tələb edir və insan hüquqları üzrə komissar Tomas Hammerberqin Yerevana səfərinin məqsədi də bu tələbin necə icra olunduğunu öyrənmək idi. Əgər Ermənistan AŞPA-nın qış sessiyasına qədər qətnamənin tələblərinə əməl etməsə, bu ölkənin təşkilatdakı mandatına yenidən baxıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]