Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri – TƏHLİL
Bakı, 10 fevral, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri - Konstitusiyası, Müstəqillik haqqında Bəyannamə və digər administrativ aktları barədə müfəssəl təhlil hazırlayıb.
BMTM-dən AZƏRTAC-a bildiriblər ki, təhlildə Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi ilə bağlı mövqeyinin qeyri-müəyyən xarakter daşıması, eləcə də bu yanaşmanın 2020-ci ildən sonra regional sülh və təhlükəsizlik üçün yaranan imkanlara təhdid törətdiyi vurğulanıb.
Araşdırmada qeyd edilib ki, hazırkı administrasiya tərəfindən 2021-ci ildə qəbul edilmiş hökumət proqramı daxil olmaqla, Ermənistanın konstitusion sənədləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar ya Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, ya da müxtəlif vasitələrlə bu bölgənin ayrılmasına dəstək bəyanatları formasında ifadə olunur.
Təhlildə, həmçinin Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verəcəyi diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]