İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 71,1 faizi sənaye və tikinti sahəsinə sərf edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,1 faizi sənaye, 18,6 faizi isə tikinti sahəsinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində 16,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faiz təhsil, 1,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,9 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,7 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf olunub.