“ƏSRİN MÜQAVİLƏSİ” ÖLKƏMİZİN İQTİSADİ YÜKSƏLİŞİNİN TƏMƏLİNİ QOYMUŞDUR
Bakı-Novorossiysk boru kəməri ilə bütövlükdə 23 milyon 222 min 262 ton, Bakı-Supsa ixrac boru kəməriləsə ABƏŞ-ın tərəfdaşlarına və Azərbaycan hökumətinə məxsus 45 milyon 541 min 287 ton xam nefti dünya bazarına ixrac olunmuşdur. Son iki ildə Azərbaycanın dəmir yolu vasitəsilə 5 milyon 886 min 857 ton xam neft daşınmışdır.
Bu il Azərbaycanda illik neft hasilatı 30 milyon tonu ötəcək ki, bu da ölkəmizin neft sənayesi tarixində rekord göstəricidir. 2008-ci ildə isə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin işlənməyə cəlb edilməsi ilə hasilat ən yüksək həddə - ildə 50-60 milyon tona çatdırılacaqdır.
Bakı - Tbilisi - Ceyhan əsas ixrac boru kəməri ilə 6 milyon 356 min 221 ton neft ixrac olunmuşdur, yaxın illərdə hasilatın artması ilə əlaqədar kəmərin illik neftötürmə gücü 50-60 milyon tona çatacaqdır.
İndiyədək Azərbaycan 15 ölkənin iri neft şirkətləri ilə ümumi dəyəri 60 milyard dollardan çox olan 27 neft sazişi imzalamışdır.
Neft hasilatının səviyyəsi 1993-cü ildən 2006-cı ilin oktyabr ayınadək olan dövrdə 10 milyon tondan 26,9 milyon tonadək qalxmışdır.
“Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsinin “Faza-1” və “Faza-2” layihələri üzrə mühüm işlər görülmüş, Azərbaycana indiyədək 17 milyard dollardan artıq xarici investisiya qoyulmuşdur.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı otən ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz və ya 4 milyard manat artaraq 16,3 milyard manata çatmışdır ki, bunun da əsas hissəsi neft sektorunun payına düşmüşdür.