Estoniyanın Tartu şəhərində azərbaycanlı gənclərlə görüş keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Tartu şəhərində yaşayan və təhsil alan azərbaycanlı gənclərlə görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev, Tallin Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Onlar gəncləri innovativ ideyalarını həyata keçirmək istiqamətində ADDF ilə əməkdaşlığa dəvət ediblər.
ADDF-nin əməkdaşı Xıdır Kazımov fondun saytında qeydiyyatdan keçmək, layihələri təqdim etmək qaydalarını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması, təklif və ideyaların səsləndirilməsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]