“Eurostat”: İtaliya dövlət borcu bu göstərici üzrə Aİ-də ikinci yeri tutur
Roma, 30 yanvar, AZƏRTAC
2018-ci ilin üçüncü rübündə İtaliyanın dövlət borcunun əvvəlki üç ay (131 faiz) və ötən ilin müvafiq dövrü ilə (133,6 faiz) müqayisədə ÜDM-ə nisbəti 133 faizə düşüb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının “Eurostat” statistika agentliyi bildirib. Agentliyin məlumatına görə, İtaliyanın dövlət borcu bu göstərici üzrə Aİ-də ikinci yeri tutur.
“Eurostat” əlavə edib ki, 2018-ci ilin üçüncü rübünün sonu üçün dövlət borcunun ÜDM-ə ən yüksək nisbəti Yunanıstanda (182,2 faiz), İtaliyada (133,0 faiz), Portuqaliyada (125,0 faiz), Kiprdə (110,9 faiz) və Belçikada (105,4 faiz), ən aşağı nisbəti isə Estoniyada (8,0 faiz), Lüksemburqda (21,7 faiz) və Bolqarıstanda (23,1 faiz) qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]