Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
Bakı, 11 iyun, AZƏRTAC
Bolqarıstanda qızılca xəstəliyinə yoluxanların sayı 364 nəfərə çatıb, onlardan 300-ü uşaqdır.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma halları ölkənin 9 bölgəsində qeydə alınıb.
Məlumata əsasən, ən çox yoluxma Vratsa bölgəsində (198 hal) aşkarlanıb.
Rəsmilər bildiriblər ki, yoluxanların bir hissəsi peyvənd olunmayıb, bəzilərinin isə immunizasiya statusu məlum deyil.
Qeyd edək ki, ölkədə qızılca, parotit və məxmərək əleyhinə peyvənd məcburidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]