“Exit-poll”un nəticələrinə görə Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar “exit-poll”un ilkin nəticələri elan edilib.
AZƏRTAC xəbər verir ki, əsas diqqət paytaxt Tbilisinin meri vəzifəsinə seçkilərə yönəlib.
Gürcüstanda hakimiyyətə yaxın “İmedi” telekanalının sifariş etdiyi “exit-poll”a əsasən, hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” Partiyasının namizədi Kaxa Kaladze 57,2 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 42,8 faiz səs toplayıb.
Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 faizdən çox səs toplayıblar.
Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə K.Kaladze 49 faiz, N.Meliya isə 51 faiz səs qazanıb.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 faiz olub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.
Seçkilərin oktyabrın 2-də keçirilən ilk turunda isə seçici fəallığı 51,92 faiz təşkil etmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]