Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fatma Səttarova: 1941-ci ildə Moskva uğrunda döyüşü hələ də xatırlayıram

Bakı, 6 mart, AZƏRTAC

2020-ci il, xüsusən 1941-1945-ci illərin Böyük Vətən müharibəsini görmüş insanların hər biri üçün əlamətdar ildir. Öz gənclik illərini faşizmə qarşı mübarizəyə həsr etmiş, cəbhələrdə ağır döyüş yolları keçmiş, Leninqrad mühasirəsinin şahidi olmuş və sağ qalmış, hərbi zavodlarda çalışmış, hospitallarda yaralıları xilas etmiş müharibə və əmək veteranları bu il Qələbənin 75 illiyini həyəcan və qürur hissi ilə qarşılayırlar.

İllər öz işini görür, bu veteranların sayı getdikcə azalır, ona görə də bu gün Böyük Qələbə Gününü bizimlə birlikdə qarşılayanların xatirələri gənc nəsil üçün xüsusilə qiymətlidir...

AZƏRTAC xəbər verir ki, Fatma Səttarova müharibənin başlandığı ilk aylarda könüllü olaraq cəbhəyə gedib. O vaxt 18 yaşı vardı. Texnikumu yenicə bitirmiş, 1941-ci ilin yanvarında ərə getmişdi. Əlbəttə, təsəvvürünə də gəlməzdi ki, cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişəcək. İyunun 22-də Almaniyanın Sovet ittifaqına hücum etməsi elan olunandan sonra ona əziz olan, adət etdiyi nə vardısa, hamısı məhv olacaq.

Bu gün ona cəbhədə keçirdiyi ilk günlər barədə sual veriləndə cavabında deyir ki, o vaxt həyat iki hissəyə bölünmüşdü - müharibə başlanana qədər və ondan sonra. Fatma Səttarova deyir: “Müharibəyə gedəndə çox gənc idim, lakin orada çoxsaylı iztirabların və ölümlərin şahidi oldum, aclıq nə demək olduğunu özüm gördüm... Bunları xatırlamaq çox çətindir, cəbhə yollarını, ağır yaralanmış əsgərləri faşist artilleriyasının atəşləri altında döyüş meydanından çıxarmağımızı, hərbi hospitallarda keçirdiyimiz yuxusuz gecələri unutmaq mümkün deyil. O vaxtdan neçə illər keçib, amma müharibəni unutmaq olmaz. Bu xatirələr həmişə qəlbimdə qalacaq”. O, daha sonra deyir: “Cəbhəyə çağırışdan yayınmağı ağlımıza da gətirməzdik, hər kəs bilirdi ki, onun qarşısında doğma yurdu düşməndən qorumaq vəzifəsi durur”.

Fatma Səttarova cəbhəyə gedəndə əri Pyotr Montin adına maşınqayırma zavodunun (sonradan leytenant Şmidt adına maşınqayırma zavodunun) müdiri idi. Müharibə illəri ərzində bu zavodun profili dəyişdirilərək döyük sursatı istehsalına yönəlmişdi, zavodun işçiləri isə arxa cəbhə iştirakçıları sayılırdı.

Dörd il davam etmiş Böyük Vətən müharibəsi dövründə bu qəhrəman qadın 1941-1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Tank döyüşü zamanı əslində döyüş meydanında olub, səngərdən gələn zəif inilti səslərini eşidib. Bu mənzərə onun yaddaşında ömürlük həkk olunub. Lakin təhlükə barədə düşünməyən, hərbi şəfqət bacısı kimi borcunu yerinə yetirən Fatma tankların gurultusuna, atəşdən yaranan tüstüyə əhəmiyyət vermədən yaralı əsgərin həyatını xilas etmək üçün səngərə tullanırdı. Tibb bacısı Fatma Səttarovanın сəbhə yollarında xilas etdiyi yaralıların sayını söyləmək çətindir. O vaxt Moskva ətrafında döyüş meydanında bu şəfqət bacısını və bir əsgəri, demək olar ki, yerin altından xilas etmişdilər. Sonradan başa düşdü ki, sadəcə, bəxtləri gətirib. O, səngərdə olarkən bir dəqiqədən sonra düz onların üstündən tanklar keçdi. Fatma xanım o günü xatırlayaraq deyir: “Görünür, bu döyüşdə salamat qalmaq hər ikimizin taleyinə yazılıbmış. O vaxt elə bərk qorxmuşdum ki, bir müddət nitqimi itirdim. Biz bütün gecəni həmin səngərdə keçirdik. Yalnız səhər bizi oradan götürdülər”.

Fatma Səttarova dörd ay yarım Leninqrad mühasirəsini, mühasirədə olan şəhərdən o biri sahilə Ladoqa gölü üzərindən salınmış “Həyat yolu” ilə ərzaq, dava-dərman daşınması və bərələrin keçirilməsi zamanı neçə-neçə insanın həlak olmasını gözləri ilə görüb. Sonradan bu yolun daha bir adı yaranacaq - “ölüm yolu”. Amma o vaxt Leninqradın müdafiəçiləri Neva üzərində qala kimi dayanmış, faşistlərə təslim olmamış qəhrəman şəhərin neçə-neçə qurbanlar verməli olacağı barədə düşünmürdülər...

Fatma Səttarova Leninqradın mühasirəsi barədə cansıxıcı təfsilata varmaq istəmir. O, ürək yanğısı ilə deyir: “Həmin günlərdə dəfələrlə ölümlə üzbəüz olmuşam. Lakin görünür, xoşbəxt ulduz altında doğulmuşam ki, bütün bunlardan sonra sağ qalmışam və bu yaşa çatmışam”.

Fatma Səttarova sovet ordusu ilə birlikdə Berlinə qədər gedib. 1945-ci ilin fevralında - faşist Almaniyası üzərində Qələbədən bir qədər əvvəl Tibbi Komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək doğma Bakıya qayıdıb. Cəmi 3 ay sonra Qələbə haqqında çoxdan gözlənilən xəbər gəldi. Berlində Reyxstaq üzərində Qələbə bayrağı sancılmasının elan edildiyi günü xatırlayanda indi də gözlərində sevinc parıltısı duyulur, o vaxt isə sevincindən səhərə qədər ağlamışdı.

Yubiley ilində - Qələbənin 75 illiyində Fatma xanımın 100 yaşı tamam olub. Hərçənd, sənədlərə görə iki il cavandır. Bu, həmin illər üçün adi hadisədir. O, 1920-ci ilin yanvar ayında Bakıda anadan olub, amma doğum haqqında şəhadətnaməni yalnız iki ildən sonra veriblər. O vaxt belə sənədlərə böyük əhəmiyyət verilmirdi və valideynlər uşağı doğulduğu vaxt qeydiyyata aldırmırdılar. Yalnız onların evinə yoxlama üçün gələndə məlum oldu ki, qızın doğum haqqında şəhadətnaməsi yoxdur. Fatma xanım gülə-gülə deyir: “İş elə gətirdi ki, mən iki yaşımda öz ayağımla atamla bərabər doğum haqqında şəhadətnamə almağa getdim. Lakin bizə iki il əvvəlki tarixlə doğum haqqında şəhadətnamə verməkdən qəti imtina etdilər. Beləliklə, sənədlərə görə indi mənim 98 yaşım, əslində isə 100 yaşım var”.

...Müharibədən sonra səhiyyə sistemində işləməyib. Müharibə illəri ərzində qan tökülməsini, insanların şikəst olmasını, həyatdan getmələrini çox görməli olub. Bakı Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə ikinci təhsil alıb. Ərini tez itirib, uşaqları özü böyüdüb, tərbiyə edib. Bütün həyatı boyu, hətta pensiyaya çıxandan sonra da işləyib, illər boyu rəhbər vəzifələr tutub. Onun 4 övladı, 11 nəvəsi və 22 nəticəsi var. İctimai həyatda indi də fəal iştirak edir, doğma ölkəmizdə və dünyada baş verən hadisələri izləyir, tez-tez dəvət aldığı müxtəlif tədbirlərə gedir, insanlarla ünsiyyətdə olmağı xoşlayır, müsahibə verməkdən imtina etmir.

Bu günlərdə Fatma xanım Moskva səfərindən qayıdıb. Orada Böyük Vətən müharibəsi veteranları olan qadınları 8 Mart bayramı münasibətilə “Rusiya Veteranlar İttifaqı” Ümumrusiya İctimai Təşkilatının sədri, Müqavimət Hərəkatı İştirakçılarının Beynəlxalq Federasiyasının - Antifaşistlər Assosiasiyasının vitse-prezidenti general Mixail Moiseyevlə görüşə dəvət etmişdilər. Böyük Qələbənin 75 illiyi münasibətilə təkcə Rusiyadan deyil, Azərbaycan, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən olan Böyük Vətən müharibəsi iştirakçıları olmuş qadınlar da Moskvaya gəlmişdi. Onları “Şit i roza” (“Qalxan və qızılgül”) Ümumrusiya illik ictimai mükafatının təqdim edilməsi ilə bağlı təntənəli mərasimə də dəvət ediblər.

Tədbirdə RF Prezidenti Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, nazirlik və idarələrin nümayəndələri, habelə tanınmış siyasətçilər, idmançılar və ictimai xadimlər də iştirak ediblər. 2020-ci ildə bu mükafat səkkiz nominasiyada təqdim edilib: “Xidməti borcuna sədaqətə görə”, “Vətənə çoxillik xidmətə görə”, “Yüksək idman nailiyyətlərinə görə” və sair.

Rusiya Prezidenti Vladimir Putin “Şit i roza” Ümumrusiya ictimai mükafatının təqdim edilməsinə həsr olunmuş XII mərasimin təşkilatçılarına, iştirakçılarına və qonaqlarına ünvanlanmış və Kremlin saytında yerləşdirilmiş teleqramında gözəl bayram - Beynəlxalq Qadınlar Günü ərəfəsində hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərin əməkdaşlarını - həyatlarını Vətənə xidmətə həsr etmiş, öz borcunu şərəflə yerinə yetirən, mürəkkəb məsələlərin həlli zamanı səriştəlilik, diqqətcillik, bəzən isə əsl mərdlik nümayiş etdirən istedadlı, qeyri-ordinar, geniş qəlbli qadınları ürəkdən təbrik edib. Bütün bu səmimi sözlər, əlbəttə, Böyük Vətən müharibəsi illərində Vətənə hədsiz sevgi, ruh yüksəkliyi, əsl şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam nümayiş etdirmiş veteran qadınlara da aiddir.

Fatma xanım Moskvadan Bakıya bayram əhval-ruhiyyəsində, iki medalla - “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” və “Vətənin fəxri” medalları ilə qayıdıb. “Uçuş necə keçdi?” sualına isə gümrah şəkildə cavab verib: “Əla!”.

Biz də ona cansağlığı və böyük, səmimi ailəsinin, dostlarının əhatəsində xoşbəxt günlər yaşamasını arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur