Faydalı qazıntı yataqları hərraca çıxarılacaq
Bakı, 14 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 26-da keçiriləcək.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, hərracda Füzuli rayonu “Arayatlı” (38,7 hektar) və Qəbələ rayonu “Bumçay” (27,5 hektar) qum-çınqıl yataqları investorlara təklif olunacaq. İddiaçılar hərracda iştirakla bağlı sənədləri 2026-cı il avqustun 19-u saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]