FERMERLƏR YEM TƏDARÜKÜNÜ SÜRƏTLƏNDİRİRLƏR
Heyvandarlıq İsmayıllı rayonunda təsərrüfatın əsas sahələrindəndir. Hazırda burada 50.744 baş iribuynuzlu mal - qara, 176.209 baş davar bəslənilir. Bu günlər fermerlər yaz qayğıları ilə yaşayırlar. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC - ın müxbirinə bildirmişlər ki, heyvandarlıqla məşğul olan sahibkarlar hər il olduğu kimi bu il də yem tədarükünə ciddi hazırlıqla başlamışlar. İndi hər yerdə ot biçilir, silos basdırılır. Bu işlərə 50-dək texnika cəlb olunmuşdur. İstər təbii biçənəklərdə, istərsə də yonca sahələrində biçilən ot qurudularaq preslənir, tayalanır.
Havaların yağmurlu keçməsi nəticəsində biçənəklərdə və yonca sahələrində bol ot yetişmişdir. Bu isə fermerlərə 100 min tondan çox qaba yem tədarük etməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]