“FERRARİ” SAATDA 360 KİLOMETR SÜRƏTLƏ ŞÜTÜYƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Ferrari” və “Fiat” avtomobil şirkətlərinin rəhbəri Luka Kordero di Montezomolo Roma şəhərində İtaliya dəmir yollarında əsaslı dəyişikliklərin həyata keçirilməsinə xidmət edəcək yeni layihənin təqdimatını keçirmişdir.
Yeni yaradılan və L.K.Montezemolonun həmtəsisçisi olduğu “Nuovo Trasporto Viaggiatori” (NTV) adlı özəl dəmiryol şirkəti 2011-ci ildə İtaliyada uzaqməsafəli sərnişindaşıma sahəsində fəaliyyət göstərmək niyyətindədir.
Şirkət uzaqməsafəli sürət qatarlarının istehsalçısı, Fransanın Alstom konserninə ümumi dəyəri 650 milyon avro olan 25 qatar dəsti sifariş etmişdir. Uzaqməsafəli sürət qatarlarının (TJV) yeni nəsli olan AJV modelli qatarların 30 illik texniki baxış və təmir xərcləri isə 850 milyon avro təşkil edəcəkdir.
Bununla da NTV şirkəti 2011-ci ildən etibarən İtaliyanın dəmir yolları şəbəkəsinə öz qatarlarını buraxmaqla, dövlət dəmir yolları konserninə ciddi rəqabət göstərmək niyyətindədir. Yeni qatarlar 15 faiz enerjiyə qənaət etməklə, saatda 360 kilometr sürətlə hərəkət edəcək və 2015-ci ilədək ölkənin dəmir yollarında sərnişin daşımalarının 20 faizini həyata keçirəcəkdir.
Təbii ki, yeni qatarlar öz rəng və dizayn elementlərində bütün dünyada məşhur “Ferrari” idman avtomobillərini xatırladacaqdır. Vaqonlar dəri oturacaqlar, teleekran və minibarlarla təchiz ediləcək, sərnişinlərin səfər zamanı pulsuz internetdən istifadə etmək imkanı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]