Fevralın 1-dən “Dərs vaxtı” proqramında STEAM dərslərinə başlanılacaq
Bakı, 27 yanvar, AZƏRTAC
Fevralın 1-dən “Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramında STEAM dərslərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu tədrisin ənənəvi formasının bərpası ilə bağlı bu gün keçirilən onlayn seminarda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM (Elm - Science, Texnologiya - Technology, Mühəndislik - Engineering, İncəsənət - Art və Riyaziyyat - Math) təhsil metodu şagirdlərə beş sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmək qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]