FHN-in əməkdaşı kempo-karate döyüş növü üzrə dünya çempionatında ikinci yeri tutub
Bakı, 2 may, AZƏRTAC
Budapeştdə kempo-karate döyüş növü üzrə dünya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, yarışda 70-ə yaxın ölkənin idmançıları qüvvələrini sınayıblar.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüstəm Müslümov yarışda ölkəmizi uğurla təmsil edib. O, 80 kiloqram çəki dərəcəsində gümüş mükafata sahib olub. İdmançımız Polşa və Əlcəzair təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda fransalı döyüşçüyə minimal hesabla məğlub olan R.Müslümov gümüş medala layiq görülüb.
R.Müslimov bu döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]